Icma.az
close
up
RU
İran, yoxsa Çin? ABŞ daha kimi və necə vuracaq?

İran, yoxsa Çin? ABŞ daha kimi və necə vuracaq?

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Vüqar Dadaşov: “İndiki dövrdə ABŞ-ın əsas hədəfi, Rusiya, İran, Venesuela və sair deyil, hələ ki hədəf Çindir”

İrana hücum ehtimalı ABŞ-ın uzunmüddətli və ciddi hazırlığı ilə qaçılmaz prosesə çevrilmişdi. Şübhəsiz ki, hücum tamamilə İsrailin istəklərinə uyğun və demək olar ki, baş nazir Netanyahunun bütün həyatının, siyasi fəaliyyətinin yekunu, zirvəsi kimi də bitməlidir. İndiki mərhələdə yəhudilərin ABŞ-dan fərqli olaraq məqsədləri qlobal deyil, regional olsa da, nəticə etibarı ilə qlobal nəticə xarakterlidir.

Bunu politoloq Vüqar Dadaşov deyib. O, qeyd edib ki, prosesdə əvvəlcə İranın Yaxın Şərqdə bütün proksi qüvvələri (əsasən də HƏMAS, Hizbulla) sıradan çıxarıldı. İran əsas provokativ və manipulyasiya və siyasi təsir səhnəsi Suriya, Yəmən və Qəzzadan məhrum edildi. Beynəlxalq arenada siyasi-diplomatik, eləcə də hərbi dəstəkçiləri Venesuela, Rusiya, Çin özlərinin siyasi və iqtisadi çətinlikləri fonunda təsirsiz hala gətirildi. Baxmayaraq ki, Çin hələ də İrana dəstəyini davam etdirir: “İranın, daha doğrusu teokratik rejimin Qərb və yəhudi dövləti üçün missiyası və əhəmiyyəti Çin faktoru ilə itdi. İnkar edilməz faktdır ki, indiki dövrdə ABŞ-ın əsas hədəfi, Rusiya, İran, Venesuela və sair deyil, hələ ki hədəf Çindir. Çinin faktiki izqoy dövlətlər hesabına ucuz xammal və enerji daşıyıcıları ilə iqtisadi və hərbi sıçrayışı, Çinə bu vəziyyəti yaradan vasitə və hakimiyyətlərin dəyişdirilməsi, dövlətlərin ABŞ-dan tam asılı vəziyyətə salınması mütləq zərurətə çevrilmişdi. Yəni, Venesuela, İran, Rusiya bu prosesdə vasitədir. Yəhudilərin regional, ABŞ-ın isə qlobal məqsədləri var.

Əlbəttə ki, ABŞ-ın tək hədəfi Çinlə yekunlaşmır. Çinə təchizat nəzarətə götürüləndən sonra Rusiyada hakimiyyət dəyişikliyi prosesinə müxtəlif təsirlərlə start veriləcək. Eləcə də Amerika qitəsində də. Hətta ABŞ-ln bəzi Avropa ölkələri ilə, Afrika və Antarktida ilə bağlı planları açıq görünür”.

V.Dadaşov deyib ki, ABŞ və Qərbin İranın parçalanmasının əleyhinə olması regional (türk, islam) tarazlığı, Rusiyanın parçalanmaması isə Çinin ərazi və iqtisadi təminat qazancı və hər iki halda da yaranacaq yeni dövlətlərə təsir və idarə olunmasında risklərlə bağlıdır. İranda sonuncu ixtişaşlara ABŞ-ın faktiki dəstək verməməsi, Rza Pəhləvinin hakimiyyətə gətirilməsinin həmin dövrdə uyğunsuzluğu məhz İranın parçalanma ehtimalının yüksəlməsi ilə əlaqəli idi. ABŞ ixtişaşlarla İranda prosesi nəzarətə götürə bilmədi, ancaq müharibə ilə proses nəzarətindədir. Ukraynaya da lazımınca dəstəyin verilməməsi, Rusiyanın parçalanmasına deyil, onun əhəmiyyətli dərəcədə zəiflədilməsinə hesab götürülməsidir: “ABŞ artıq dünyanın əsas arteriya tranzit marşrutlarını, eləcə də Çinin əsas və kritik beynəlxalq dəniz ixrac marşrutlarını - Malakka–Süveyş–Avropa xəttini, Panama, Cənubi Amerika üzrə tranzit xətlərini nəzarətə götürülməsində ciddi nəticələr əldə edib. Hətta Cənubi Qafqazda TRIPP xəttində də. Yeri gəlmişkən, Çin–ABŞ arasında Tayvan məsələsinin də əsas səbəblərindən biri Çinin Tayvan boğazı ilə Trans-Sakit okean (ABŞ istiqaməti) xətti üzrə ən qısa keçid imkanlarıdır.

Çinin də “Bir kəmər, bir yol” quru dəhlizləri üzrə ciddi marağının səbəbi budur. Əgər Çin ABŞ-ın iradəsinə zidd bu layihələri əhəmiyyətli ixrac potensialına çevirə bilərsə, marşrut üzrə həmin dövlətlərin konfliktlərə cəlb edilməsi, hakimiyyət dəyişikliyi prosesinə start veriləcək.

ABŞ prezidenti Donald Trampın hərəkətlərində xaotik heç bir addım yoxdur, əksinə, ABŞ dövlətinin mərhələli şəkildə həyata keçirdiyi, hətta Co Baydenin qoyduğu “miras” belə Donald Trampın siyasəti ilə polittexnoloji nəticə verməlidir. Trampın “xaotik və qeyri-stabil” siyasətinə qarşı impiçmentin yoxluğu sualına cavab da budur. Qaldı ki, Qrenlandiya məsələsinə, ABŞ Avropanı özündə saxlamaqla Qrenlandiyanı hərb ssenarisi olmadan mənimsəmək niyyətindədir. ABŞ-ın nəinki Avropa, ümumiyyətlə qlobal planlarının taleyi isə Böyük Britaniyanın yanaşmasından çox asılıdır, hansı ki, ABŞ-la artıq ciddi strateji xətt ayrılığı özünü açıq göstərir. Oyun hələ bitməyib…”

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri