Icma.az
close
up
RU
İrana cavab gecikmədi: “Kənarda qalacaq”

İrana cavab gecikmədi: “Kənarda qalacaq”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrandan Zəngəzur dəhlizi ilə bağlı daha bir skandal açıqlama verilib. 

Bu dəfə ali dini lider Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayətinin sözlərinə görə, İran əvvəlcədən “dəhliz”in əleyhinə olub: 

“Tehran regiondakı sərhədlərin hər hansı dəyişdirilməsini rədd edir. “Tramp marşrutu” faktiki olaraq “Zəngəzur dəhlizi” layihəsi ilə eynidir. Tehran isə buna qəti şəkildə qarşı çıxır”.

Görünür, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyib. Lakin molla rejimi yeni reallıqları qəbul etmək məcburiyyətindədir. Rəsmi Tehran artıq regiondakı prosesləri dəyişəcək gücdə deyil. 

ABŞ kimi fövqəldövlətin Zəngəzur dəhlizi layihəsində iştirakını da nəzərə aldıqda, İranın çabalarının fayda verməyəcəyi aydındır. 

Politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran Azərbaycanla bağlı olan bütün məsələlərə həmişə siyasi qısqanclıqla yanaşır: 

“Rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük. İran Bəndər-Abbas Limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir. Bununla da Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehran bu məsələlərin əleyhinə çıxır”.

Ekspert qeyd edib ki, İranın etirazlarının heç bir mənası yoxdur: 

“Əslində, Tehran hakimiyyəti də bu dəhlizə qoşulmağı düşünməli idi. Hətta Prezident Məsud Pezeşkian da bir neçə dəfə ölkəsinin bu prosesdən yararlanmalı olduğunu açıqlayıb. Ancaq görünən odur ki, molla rejimi yararlanmaq istəmir. İndiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Ona görə də hesab edirəm ki, gec-tez Zəngəzur dəhlizi açılacaq, İran isə prosesdən kənarda qalacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri