İrana genişmiqyaslı hücum: bu ərazilər vuruldu KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
ABŞ və İsrail İranda dəmir yolu körpülərinə və Xarq adasına zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu bardə IRNA məlumat yayıb.
Məlumata görə, Təbriz–Zəncan magistral yolundakı körpü hədəfə alınıb, Qaraçəmən–Miyanə yolu isə hər iki istiqamətdə bağlanıb. Bildirilib ki, İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.
İsrail Müdafiə Qüvvələri isə açıqlamasında ölkənin müxtəlif bölgələrində İranın infrastruktur obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirildiyini bildirib.
Bununla yanaşı, “Mehr” agentliyinin məlumatına görə, İranın neft ixracının əsas hissəsinin həyata keçirildiyi Xarq adasında da bir neçə partlayış baş verib. Zərbələrin nəticələri və hədəflər barədə hələlik ətraflı məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 07 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















