Icma.az
close
up
RU
İrana hücum hazırlıqları SON MƏRHƏLƏDƏ Yaxın Şərqdə dəhşətli savaşın ANONSU

İrana hücum hazırlıqları SON MƏRHƏLƏDƏ Yaxın Şərqdə dəhşətli savaşın ANONSU

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə gəmisi “USS Gerald Ford”un başçılıq etdiyi zərbə qrupu Cəbəllütariq boğazını keçərək Aralıq dənizinə daxil olub.
Məlumata görə, təyyarədaşıyan gəmidə 48 F/A-18E döyüş təyyarəsi var. Zərbə qrupuna USS Winston Churchill və USS Bainbridge idarə olunan raket esminesləri də daxildir. Bundan əlavə, daimi olaraq İspaniyanın Rota şəhərində yerləşən USS Roosevelt və USS Paul Ignatius raket əleyhinə müdafiə esminesləri Aralıq dənizində yerləşdirilib.
Aralıq dənizinə çıxmazdan əvvəl USS Gerald Ford təyyarədaşıyan gəmisi sentyabrın 22-dən 26-dək Şimal dənizində keçirilən NATO-nun Neptune Strike 2025 təliminin üçüncü mərhələsində iştirak edib.
Bütün bunlar isə 12 günlük İsrail-İran müharibəsindən əvvəlki vəziyyəti xatırladır.
İrana qarşı genişmiqyaslı hücuma hazırlıqlar gedir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald Ford” təyyarədaşıyan zərbə qrupunun Aralıq dənizinə daxil olması regional təhlükəsizlik balansında ciddi dəyişikliklərin anonsudur:
“Bu addım ilk növbədə Yaxın Şərqdə, xüsusilə də İran ətrafında hərbi-siyasi təzyiq mühitinin güclənməsinə işarədir. ABŞ-ın Avropa və Aralıq dənizində güc nümayişi NATO çərçivəsində də öz müttəfiqlərinə “biz buradayıq” mesajını vermək məqsədi daşıyır.
“USS Gerald Ford” kimi nəhəng bir təyyarədaşıyan gəminin bölgəyə gətirilməsi sırf təsadüfi deyil və məhdud hərbi praksiya ilə izah oluna bilməz”.
İran üçün real təhdid
Ekspert qeyd edir ki, ABŞ bu addımı ilə həm İranın nüvə proqramı ətrafında gərginliyin artmasına cavab verir, həm də bölgədə İsrailin təhlükəsizlik narahatlıqlarını nəzərə alır:
“48 ədəd F/A-18E qırıcısının bölgədə yerləşdirilməsi faktiki olaraq “uçan hərbi baza”nın Aralıq dənizinə gətirilməsi deməkdir. Bu, ABŞ-ın havadan hərtərəfli hücum qabiliyyətini genişləndirir və zərbə imkanlarını çox qısa zamanda Yaxın Şərq istiqamətinə yönəltmək imkanı yaradır.

Zərbə qrupuna daxil olan “USS Winston Churchill” və “USS Bainbridge” kimi esmineslər isə həm hava hücumundan müdafiə, həm də uzaqmənzilli raket zərbələri imkanları ilə İran üçün real təhlükədir”.
Bu səbəbdən də həmsöhbətimizin fikrincə, atılan addım İranla bağlı gözlənilən böhran ssenarilərinə hazırlığın tərkib hissəsi kimi qiymətləndirilməlidir:
“ABŞ-ın strateji mesajı açıqdır: regionda hərbi eskalasiya baş verəcəyi təqdirdə, o, dərhal güclü hava və dəniz komponenti ilə cavab verməyə qadirdir.
Digər tərəfdən, bu hərəkət yalnız İrana deyil, həm də Rusiyaya ünvanlanmış mesajdır. Aralıq dənizində Rusiya hərbi-dəniz qüvvələrinin mövcudluğu ABŞ üçün strateji narahatlıq doğurur.
Əlavə olaraq, Çinin də Yaxın Şərqdə artan iqtisadi və siyasi fəallığı Vaşinqtonu regionda daha sərt mövqeyə vadar edir. Bu baxımdan “USS Gerald Ford”un gəlişi qlobal güclərin yeni qarşıdurma mərhələsinə hazırlıq siqnalı sayıla bilər.
Nəticə etibarilə, ABŞ-ın Aralıq dənizinə bu qüvvələri gətirməsi İran ətrafında mümkün hərbi əməliyyatların baş verməsi ehtimalını artırır. Lakin bu, həm də psixoloji təzyiq elementidir – Vaşinqton real zərbə endirməsə belə, İranın manevr imkanlarını daraltmış olur”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri