İrana hücumla bağlı qərar verildi: Türkiyə hərəkətə keçdi, Bakı isə...
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İrana hərbi müdaxilə ehtimalı hələ də yüksək səviyyədədir: Tramp Davosdan qayıdarkən hücum planının aktual olduğunu vurğuladı; ABŞ-ın zərbə qruplarını daşıyan “Abraham Lincoln” gəmisi ilə yanaşı, ən azı altı “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini Yaxın Şərqə göndərdiyi haqda məlumat yayılıb, növbəti ay ərzində 24 saat hazırlıq əmrinin verildiyi CENTCOM rəhbəri isə İsrail ordusunun baş qərargah rəisi ilə görüşüb; İsrail mediası bu həftə İrana hücum hazırlığında həlledici dövr olduğunu yazır; “İsrail Hayom” nəşri ABŞ-ın İranda Xamenei də daxil olmaqla potensial hədəflərini açıqlayıb;
Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı patlaşım edib. O qeyd edib ki, Türkiyənin İranda mümkün müharibəyə hazırlığı haqda yayılan məlumatlar diqqət çəkir.
Məlumatlara görə, müharibə olacağı təqdirdə Türkiyə miqrantların mümkün qədər İran ərazisində saxlanılması məqsədilə sərhəddə “bufer zona” yaratmağı planlaşdırır. Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda A, B və C olmaqla üç planın hazırlandığı deyilir.
12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır. Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür.
Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etmək;
İkincisi, ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaq: 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı;
Soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Yanvar 2026 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















