“İrana hücumu nəzərdən keçirirəm” Tramp
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezident Donald Tramp Ağ Evdə qubernatorlarla görüşdən əvvəl verdiyi bəyanatda İrana qarşı hərbi güc tətbiqinin masada olduğunu açıq şəkildə ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp İrana qarşı “məhdud zərbə” endirmək ehtimalı ilə bağlı suala özünəməxsus cavab verib:
“Bu ehtimalı nəzərdən keçirdiyimi deyə bilərəm”
Prezident jurnalistlərə açıqlamasında Tehranın nüvə sazişi üçün cəmi 10-15 gün vaxtının qaldığını təkrar edib. O, bunun “maksimum müddət” olduğunu vurğulayaraq, ya bir razılaşmanın əldə olunacağını, ya da İran üçün “çox uğursuz hadisələrin” baş verəcəyini qeyd edib.
Xatırladaq ki, Cenevrədə keçirilən danışıqlarda İran sanksiyaların ləğvi müqabilində zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya göndərməyi və zənginləşdirməni 3 il müddətinə dayandırmağı təklif etsə də, Tramp administrasiyası nüvə proqramının tamamilə və birdəfəlik ləğvini tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Fevral 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















