İrana məxsus hərbi gəmi Şri Lanka sahillərində batıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
London, 4 mart, AZƏRTAC
Şri-Lanka sahilləri yaxınlığında İrana məxsus hərbi gəmi batıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “IRIS dena” adlı gəmidən səhər saatlarında fövqəladə siqnal alındıqdan sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. İlkin məlumatlara əsasən, gəmidə təxminən 180 nəfər olub, indiyədək onlardan 32-si xilas edilib.
Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin sözçüsü Budhika Sampath bildirib ki, hadisə ölkənin ərazi sularından kənarda baş versə də, ölkənin axtarış və xilasetmə zonasına daxil olduğuna görə yardım göstərilib.
Sözçü, həmçinin gəminin batmasının sualtı hücum nəticəsində baş verməsinə dair yayılan məlumatları təkzib edib və hadisənin səbəbinin hələlik məlum olmadığını vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 04 Mart 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















