İrana məxsus tanker Oman körfəzində batdı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın “M/T Kylo” neft tankeri ABŞ-nin raket zərbələrindən sonra Oman körfəzində batıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
Bildirilir ki, zərbələrdən sonra gəmidə yanğın baş verib, daha sonra tanker aşıb və suya qərq olub. CENTCOM-un məlumatına görə, hücumdan əvvəl heyətə gəmini tərk etmək barədə xəbərdarlıq edilib.
Buna cavab olaraq İran qüvvələri ABŞ ilə əlaqəli 6 ticarət gəmisinə, o cümlədən Hörmüz boğazı və Fars körfəzində olan 3 neft tankerinə zərbələr endirib.
Xatırladaq ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 3 neft tankerini hədəf almışdı. CENTCOM bu əməliyyatın İranın ABŞ aviadaşıyıcısına və raket esminesinə atdığı ballistik raketlərə cavab olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Sentyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















