Icma.az
close
up
RU
İrana növbəti ağır zərbə

İrana növbəti ağır zərbə

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budəfəki sanksiyalar daha təsirli olacaq

ABŞ hökuməti İrana qarşı son yeddi ilin ən genişmiqyaslı sanksiya paketini elan edib. Qeyd edək ki, yeni sanksiyalar paketinə İranın 50-dən çox fiziki və hüquqi şəxsi, habelə İran və Rusiya neftini daşıyan 50-dən çox gəmi daxil edilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar paketində əsasən İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli beynəlxalq gəmiçilik şəbəkəsi və onun ətrafında fəaliyyət göstərən onlarla şirkət hədəfə alınıb. Vaşinqton bu şəbəkənin İran rejiminə on milyardlarla dollar gəlir qazandırdığını və Tehranın terrorizmi maliyyələşdirməkdə bu strukturlardan istifadə etdiyini bildirir. ABŞ Maliyyə Nazirliyi əlavə edib ki, Şamxani ailəsi İran neftinin satışından əldə olunan vəsaitlə xaricdə lüks daşınmaz əmlak alır, müxtəlif ölkələrdə “qara pul”la pasport və vətəndaşlıq əldə edir. Qurumun bəyanatında qeyd olunur ki,  sanksiya tətbiq edilən şəxslər, şirkətlər və gəmilər İran neftinin ticarəti ilə məşğul olan qlobal şəbəkənin bir hissəsidir və onların Belçika, Böyük Britaniya, Honq-Konq, Hindistan, İtaliya, Kipr, Marşal adaları, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Rumıniya, Sinqapur, Türkiyə, Fransa və İsveçrə də daxil olmaqla 20 ölkə və qurumla əlaqələri var. Qərb analitikləri hesab edirlər ki, bu sanksiyalar Vaşinqtonun həm Tehrana qarşı maksimum təzyiq strategiyasını gücləndirdiyini, həm də İran-Rusiya enerji ittifaqının qarşısını almaq niyyətini açıq şəkildə ortaya qoyur.

İrana qarşı yeni sanksiyalar Avropa İttifaqının Şamxani və onun bir neçə şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən, həmçinin ABŞ rezidenti Donald Trampın Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı “qeyri-müəyyən siqnallar” göndərməsindən 1 həftə sonra qəbul edilib.

Yeni sanksiyalar daha sərtdir

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın bu dəfə İrana qarşı tətbiq etdiyi sanksiyalar bir neçə cəhətdən əvvəlkilərdən fərqlənir. Onun sözlərinə görə, yeni sanksiyalar potensial təsir baxımından daha sərt və geniş miqyaslıdır.

“Bu sanksiyalar son 7 ilin ən geniş əhatəli paketi kimi təqdim olunur. Hədəfdə olan şəxslər və qurumlar: Ali rəhbər Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şamxani və onunla əlaqəli onlarla şirkət və şəxslərdir. Gəmiçilik sektorunun hədəflənməsi isə xüsusilə Tehranın nəzarətində olan beynəlxalq gəmiçilik şəbəkəsi - bu, həm neft ixracatına, həm də digər ticarət əməliyyatlarına ciddi zərbədir. Əvvəlki sanksiyalar bəzən sektorial idi (nüvə proqramı, neft, bankçılıq və s.), bu dəfə isə şəbəkə əsaslı və əlaqəli aktorlar geniş şəkildə hədəflənib,” -deyə V.Zifəroğlu vurğulayıb ki, budəfəki sanksiyalar İranın bir sıra sektorlarına çox ciddi təsir göstərə bilər. “Bu sanksiyalar öz təsirini göstərəcəyi halda İran üçün neft və neft məhsullarının daşınması çətinləşəcək, İran neftinin ixracını təmin edən qeyri-rəsmi yollar bağlanacaq. Eyni zamanda şəffaf olmayan maliyyə və ticarət əməliyyatları ifşa olunacaq. Hökumətyönlü oliqarx strukturların sərvətinə zərbənin dəyəcəyi də istisna deyil. Şamxani ailəsi və ona bağlı biznes imperiyası iqtisadi və siyasi güc mərkəzlərindən biridir. Onların hədəf alınması daxili iqtisadi və siyasi gərginliyi artıra bilər. Nəticə etibarilə, əvvəlki illərdəki sektorial sanksiyalarla müqayisədə bu tədbirlər İranda sistemli və strateji güc mərkəzlərini iflic etməyə hesablanıb”.

İrana qarşı “maksimum təzyiq” siyasəti

V.Zifəroğlu hesab edir ki, yeni sanksiyalar yalnız iqtisadi deyil, siyasi və psixoloji təzyiq vasitəsi kimi də dəyərləndirilə bilər. “Donald Trampın qayıdışı ilə paralel olaraq bu sərtləşmə, onun İrana qarşı “maksimum təzyiq” siyasətinin yenidən gündəmə gəldiyinə işarədir. Avropa İttifaqı ilə koordinasiyalı addımlar (Aİ-nin də eyni anda Şamxaniyə sanksiya tətbiq etməsi) bu dəfəki tədbirlərin transatlantik strategiyanın tərkib hissəsi ola biləcəyini göstərir. Yeni sanksiyaların İranın iqtisadiyyatına əvvəlkilərə nisbətən daha güclü və sistemli zərbə vurması ehtimalı yüksəkdir. Xüsusilə, qeyri-rəsmi ticarət yollarının bağlanması və siyasi elitanın sərvət şəbəkəsinin hədəf alınması daxili sabitliyi də risk altına ata bilər”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri