İrana pis xəbər: diplomatı bu ölkədən qovulur, səfirlik isə...
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albaneze deyib.
O, ölkəsinin Tehrandakı səfirliyinin fəaliyyətini dayandıracağını da açıqlayıb.
Baş nazirin sözlərinə görə, bu qərar Sidneydə Melburn sinaqoquna və İsrail restoranına edilən hücumlarda İran hökumətinin əli olması barədə etibarlı kəşfiyyat məlumatı aldıqdan sonra verilib.
“Avstraliyanın təhlükəsizlik kəşfiyyat agentliyi İranın başqa hücumlar həyata keçirməsi ehtimalını qiymətləndirir. Bunlar Avstraliya ərazisində xarici dövlət tərəfindən təşkil edilən görünməmiş və təhlükəli təcavüz aktları idi”, – baş nazir deyib.
Digər tərəfdən ölkənin daxili işlər naziri Klar Burk İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına əlavə ediləcəyini elan edib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















