Icma.az
close
up
RU
İrana qarşı birlik formalaşır Azərbaycan və Ermənistanı nə gözləyir?

İrana qarşı birlik formalaşır Azərbaycan və Ermənistanı nə gözləyir?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın “NBC News” televiziya kanalına müsahibəsində “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq” sözləri beynəlxalq aləmdə geniş əks-səda doğurub. 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı  açıqlamsında politoloq Elxan Şahinoğlu İrana qarşı həmlənin müxtəlif variantlarda həyata keçirilə biləcəyini bildirib:

"ABŞ Trampın söylədiyi kimi İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir. İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir".

Politoloq qeyd edib ki, İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq:

"Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq.  Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə - humanitar böhrana səbəb olacaq. İrana qarşı hərbi əməliyyatların bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcəyini indidən söyləmək çətindir".

E.Şahinoğlunun fikrincə, ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq:

"Bunun tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri HƏMAS qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki Qəzza sakinlərinin bir qismi hesab edir ki,  HƏMAS il yarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərksilaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eyni ilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı. 

Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq".

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 Mart 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri