İrana qarşı yeni sanksiyaları bazar ertəsi elan edəcəklər
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“İrana qarşı yeni sanksiyalar bazar ertəsi elan ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
Nazir bildirib ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır. Onun sözlərinə görə, yeni sanksiyalar genişmiqyaslı hərbi hücumlara ehtiyacı azalda bilər.
Bessent yeni tədbirlərin İranın dəniz blokadası ilə paralel tətbiq olunacağını bildirərək bunu “iki mərhələli zərbə” adlandırıb. O, sanksiyaların İran iqtisadiyyatını təcrid etməyi və ölkəyə maliyyə dəstəyi göstərən dövlətlərə də təzyiq göstərməyi hədəflədiyini deyib.
ABŞ maliyyə naziri xəbərdarlıq edib ki, İranla iqtisadi əlaqələrini davam etdirən, o cümlədən, İran nefti alan və ya bu ölkə ilə dəniz ticarəti aparan şirkət və dövlətlər də sanksiyalarla üzləşə bilər.
Bessent Çinə xəbərdarlıq edərək, İran neftinin əsas alıcılarından biri olan Pekinin sanksiyalara münasibətini dəyişməli olduğunu bildirib.
Çin isə ABŞ-nin sanksiya siyasətinə qarşı çıxıb və tərəfləri problemin siyasi və diplomatik yollarla həllinə çağırıb.
İran xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-nin yeni sanksiya planını tənqid edərək, Vaşinqtonun bu addımla ölkə daxilindəki iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışdığını iddia edib.
Baxış sayı:107
Bu xəbər 21 Avqust 2026 08:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















