İrana turist kimi girən Britaniya “casus”ları saxlanıldı KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran hakimiyyəti fevralın 13-də Kirman əyalətində saxlanılan iki Britaniya vətəndaşını casusluqda ittiham edib.
KONKRET.az xəbər verir ki, bu barədə respublikanın məhkəmə hakimiyyətinin nümayəndəsi İsaq Cahangir məlumat verib.
Kirman prokuroru İbrahim Hamidinin sözlərinə görə, bu şəxslərin kəşfiyyat xidmətləri ilə bağlı qurumlarla əlaqəsi olduğu müəyyən edilib.
Cahangirin qeyd etdiyi kimi, britaniyalılar İrana turist adı altında daxil olublar:
“Lakin tədqiqat fəaliyyəti adı altında bir neçə əyalətdə müxtəlif məlumatlar toplayıblar. Bununla əlaqədar olaraq, şübhəlilər İran təhlükəsizlik xidmətləri tərəfindən nəzarətə götürülüb, sonra isə saxlanılıblar”, – deyə Cahangir vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Fevral 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















