Icma.az
close
up
RU
İrana üçtərəfli “hücum”: Əsas şərt rədd edildi, yeni plan var

İrana üçtərəfli “hücum”: Əsas şərt rədd edildi, yeni plan var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Livan, Qəzza və Yəmən istiqamətində eyni anda apardığı hərbi əməliyyatlar regional təhlükəsizliklə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda yerləşən “Hizbullah”a aid hərbi obyektlərə səkkiz hava zərbəsi endirib. Xüsusilə, təşkilatın yeraltı komanda məntəqəsinin olduğu Nabatiya şəhəri yaxınlığındakı ərazilər hədəf alınıb.

Digər tərəfdən, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydənin zərərsizləşdirildiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahu isə Yəməndə “Ənsar Allah” (Husilər) hərəkatının əksər üzvlərinin sıradan çıxarıldığını və növbənin təşkilatın liderlərinə çatdığını bildirib.

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İsrail hələlik İranın regiondakı proksi qüvvələrini tamamilə sıradan çıxara bilməyib:

“Bu vəziyyət Təl-Əvivin planlarını tam şəkildə reallaşdırmasına mane olur. HƏMAS-ın silahlı qüvvələri hələ də Qəzzada özünü hakimiyyət sahibi hesab edir və israilli girovların azad olunması ilə bağlı danışıqlar da məhz bu qruplaşma ilə aparılır. Təşkilatın silahları təhvil verməsi ilə bağlı şərt isə qəbul edilməyib.

Livanda “Hizbullah”ın tərksilah olunmasını rəsmi Beyrut dəstəkləsə də, təşkilat çağırışa əməl etməyib və silahı təhvil verməyib. Bu da İsrail-Livan münasibətlərində əsas gərginlik mənbəyi olaraq qalır. İraqda “Həşti Şəbi” qüvvələri İranın təsiri altındadır. Yəməndəki husilər də Tehranın dəstəyi ilə fəaliyyət göstərirlər.

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

Digər tərəfdən, İran Avropa üçlüyü — Böyük Britaniya, Almaniya və Fransa ilə nüvə proqramının dayandırılması və uranın zənginləşdirilməsi ilə bağlı müzakirələrdən imtina edir. İran rəsmilərinin ABŞ-la İsrailə qarşı sərt və hədə dolu çıxışları da Tehrana münasibətdə yeni beynəlxalq təzyiqlərin yaranma ehtimalını artırır. Bütün bunlar göstərir ki, İran hələ də regiondakı proksi qüvvələri ilə əlaqələrini davam etdirir.


Sədrəddin Soltan

Politoloq bildirib ki, sözügedən qüvvələrə dəstək göstərən əlavə strukturların mövcudluğu da istisna deyil:

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İraq və Livana son səfərləri Tehran hakimiyyətinin regional təsirini qorumaq niyyətində olduğunu göstərir.

Bundan əlavə, İranın Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) hədəf alması da Tehrana münasibətdə gərginliyi artıran mühüm faktorlar sırasındadır. Yaxın gələcəkdə İranın proksi qüvvələrinin zəiflədilməsi istiqamətində konkret addımların atılması mümkündür. Bu, eyni zamanda Tehran hakimiyyətinə qarşı yeni bir planın hazırlandığının göstəricisi sayıla bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri