Icma.az
close
up
RU
İranda Ana heykəli mübahisə yaratdı Din və sənətin sərhədi haradan keçir?

İranda Ana heykəli mübahisə yaratdı Din və sənətin sərhədi haradan keçir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda Həzrəti Fatimənin mövludu ilə əlaqədar Ana heykəlinin açılışı olub. Heykəlin ətrafında yaranan müzakirələr isə təkcə sənət məsələsi deyil, daha dərin dini və ideoloji məsələləri gündəmə gətirib. Bir tərəf bu heykəlin Həzrəti Fatiməyə aid olduğunu deyir və bunun İslam dinində qəbuledilməz olduğunu, müqəddəs şəxsiyyətlərin vizual təqdimatına dair qadağaların pozulması kimi qiymətləndirir, digər tərəf isə bunu simvolik və bədii təsvir kimi müdafiə edir.
İslam ənənəsində Peyğəmbər ailəsinə hər zaman həssas yanaşılıb. Şiə dünyasında Həzrəti Fatimə həm mənəvi paklığın, həm də qadın ləyaqətinin zirvəsi kimi qəbul edilir. Onun mövlud günü isə İranda Analar günü kimi qeyd olunur.
Beləliklə, heykəlin ətrafında yaranan mübahisə əslində daha geniş bir sualı ortaya qoyur: müasir dövrdə din, sənət və simvolika arasında sərhədlər harada başlayır və harada bitir?
İlahiyyatçı Fazil Əhməd Bizim.Media-ya məsələ ilə bağlı bildirdi ki, bəzi müsəlman ölkələrində rəssamlıq və heykəltəraşlıq qadağan edilsə də, əslində İslamda heykəltəraşlıq, rəssamlıq fəaliyyəti qadağan deyil.
“Amma istər rəssamlıq, istərsə də heykəltəraşlıqda olsun xanım Fatimeyi-Zəhranın üzünün göstərilməsi qəbul olunmazdır. Əgər kimsə göstərərsə, bu əlbəttə ki, dərhal tənqid olunar. Hətta filmlərdə belə peyğəmbər ailəsinin, xüsusilə də 14 məsumun sifəti göstərilmir. İranda qoyulan heykəlin də Fatimeyi Zəhraya aid olması absurddur. Sadəcə Analar günü münasibətilə qoyulan rəmzi ana heykəlidir ki, bunu da normal qəbul etmək lazımdır”.
Qeyd edək ki, İslamda canlı varlıqların real heykəli əsasən məqbul sayılmır. Çünki heykəlin zamanla ibadət obyektinə çevrilməsindən ehtiyat  olunur. Xüsusən də böyük ölçüdə və hörmət edilən formada təqdim olunması caiz deyil. Oyuncaqlar, tədris məqsədli modellər, tam canlıya bənzəməyən fiqurlar, natamam fiqurlar isə məqbul sayılır.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri