İranda ardıcıl zəlzələlər baş verib: xəsarət alanlar var
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın cənub-qərbində, Xuzistan əyalətinin Heftgel və Məscid əl-Süleyman şəhərlərində ardıcıl zəlzələlər baş verib.
Modern.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətinin Heftgel şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 07.32-də yerin 10 kilometr dərinliyində baş verib.
Yerli vaxtla saat 07.53-də isə Xuzistanın Məscid əl-Süleyman şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ bölgələrinə 6 qiymətləndirmə qrupu göndərilib.
Hadisələr nəticəsində 20-dək adamın xəsarət aldığı bildirilir.

İranda ardıcıl zəlzələlər baş verib: Xəsarət alanlar var
05 Dekabr 2024 12:01
İranda zəlzələ Xəsarət alanlar var+Yenilənib
04 Noyabr 2024 17:25
İranda baş verən zəlzələ nəticəsində xəsarət alanlar var
05 Dekabr 2024 11:20
SON DƏQİQƏ! İranda təyyarə qəzaya uğradı Xəsarət alanlar var
22 Yanvar 2025 14:28
İranda ard arda güclü zəlzələlər olub
17 Fevral 2025 10:06

