Icma.az
close
up
RU
İranda Azərbaycana qarşı qaralama kampaniyası genişlənir

İranda Azərbaycana qarşı qaralama kampaniyası genişlənir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış sülh bəyannaməsi çərçivəsində Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Tramp marşrutu haqqında razılıq əldə edildikdən sonra gözləmək olardı ki, İranda Zəngəzur dəhlizi ilə bağlı bir sıra rəsmilər və çoxsaylı ekspertlər səviyyəsində, həmçinin media müstəvisində Bakıya qarşı uzun müddətdir aparılan qaralama kampaniyası istiqamətini dəyişəcək.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, həmin tranzit yolunun 99 il müddətinə özəl Amerika şirkətinin idarəetməsinə verilməsinin və ABŞ Prezidenti Donald Trampın şərəfinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu" adlandırılmasının təşəbbüskarı və İranda "Amerika ilə qonşu olduq" kimi həyəcanlı tezisin meydana çıxmasının səbəbkarı məhz Ermənistandır!

Xatırladaq ki, hələ bu söhbət yenicə meydana çıxanda, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qonaqlardan birinin həmin mövzu ilə bağlı verdiyi sualın cavabında deyib: "Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz".

Azərbaycan lideri birmənalı şəkildə bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycana aid hissəsində heç bir xarici tərəfdaş və kənar qüvvə olmayacaq. İranı narahat edən amerikalılar isə, sonradan da dəqiqləşdiyi kimi, dəhlizin Ermənistan ərazisinə düşən hissəsində fəaliyyət göstərəcək. Amma belə görünür ki, Azərbaycan rəsmilərinin nə deməsindən asılı olmayaraq, İranda müəyyən dairələr qarşılarına yalnız Azərbaycanı qaralamaq və gözdən salmaq məqsədini qoyublar.

İranda Azərbaycana qarşı qaralama kampaniyası genişlənir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri