İranda Bakıya qarşı təxribat: O qüvvələrimiz şəhəri ələ keçirə bilər
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranda anti-Azərbaycan çıxışları ilə tanınan siyasi şərhçi Əliəkbər Raefipur növbəti dəfə təxribatçı bəyanatla çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.
Belə ki, Raefipur bu fikirləri “Əl-Əqsa Qasırğası” əməliyyatının başladığı gün yayımlanan bir proqramda səsləndirib.
O, son açıqlamasında Urmiya, Təbriz və Ərdəbil şəhərlərində yerləşən “Bəsic” hərbi bazalarının guya Bakını ələ keçirmək potensialına malik olduğunu iddia edib.
O, efirdə çıxış edən digər ekspertin “paraşütçülərdən istifadə” barədə fikrinə cavab olaraq bildirib:
“Sən nə İsraillisən, nə də biz HƏMAS-ıq. Paraşütçü nədir? Urmiya, Təbriz, Ərdəbildəki bəsiclər Bakını ələ keçirəcək”.
Onun bu əsassız və lovğa açıqlamaları sosial mediada geniş qınaq doğurub. Bir çox istifadəçilər Raefipuru milli ədavəti qızışdırmaqda və reallıqdan uzaq təxribatlar yaymaqda ittiham ediblər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















