İranda ballistik raketlərin hazırlanması təklif edilib
Icma.az, Milli.az saytına istinadən bildirir.
İran parlamentinin 85 üzvü ölkənin ali rəhbəri Müctəba Xameneidən qitələrarası ballistik raketlərin (QBR) hazırlanmasına razılıq verməsini istəyib.
Milli.Az xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb. Bildirilib ki, məktubu imzalayan deputatlar Vaşinqtonun Tehranla apardığı danışıqlardakı mövqeyinə şübhə ilə yanaşdıqlarını ifadə ediblər.
İsrailin "The Jerusalem Post" nəşrinin yazdığına görə, ABŞ-nin Müharibələrin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məktubu ABŞ ərazisinə çata biləcək raketlərin yaradılmasına çağırış kimi qiymətləndiriblər.
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror nəşrə açıqlamasında bildirib ki, Vaşinqtonla aparılan danışıqlar nəticəsində əldə edilə biləcək əlverişli iqtisadi şərait Tehrana bu cür layihələri həyata keçirmək üçün lazım olan resursları təmin edə bilər.
Qəzetin məlumatına görə, məktubu İranın sərt xətt tərəfdarları da imzalayıblar. Onların arasında ABŞ ilə danışıqlara qarşı çıxan İranın sabiq xarici işlər naziri Menuçöhr Mottəki də yer alıb.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 05 İyun 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















