İranda bir çox məktəb bağlandı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın bir çox əyalətlərində soyuq hava, elektrik və qaz təchizatında yaranan problemlər səbəbindən məktəblər bağlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, enerji çatışmazlığını aradan qaldırmaq üçün bir çox şəhərlərdə məktəblər bağlanıb, bəzi şəhərlərdə isə təhsil distant formada davam etdiriləcək.
Enerji problemləri və soyuq hava səbəbindən Ərdəbil, Simnan, Gülüstan, Şimali Xorasan, Rəzəvi Xorasan, Mazandaran, Zəncan, Kürdüstan və Kirmanşah əyalətlərində bütün təhsil pillələri üçün məktəblər bağlanıb.
Qum vilayətində ibtidai, orta və lisey səviyyəli təhsil müəssisələri, Fars vilayətində isə ibtidai məktəblər bağlanıb.
Baxış sayı:192
Bu xəbər 17 Dekabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















