Icma.az
close
up
RU
İranda çempion Traktor fanatlarının alqışları üzrə dünya rekordu

İranda çempion Traktor fanatlarının alqışları üzrə dünya rekordu

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran Körfəzi Pro Liqasında ilk dəfə çempion olan Təbriz komandasının "Traktor" azarkeşləri bayram şənliklərində 15 dəqiqə dayanmadan alqışlar edərək dünya rekordu qırıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Təbrizdəki Yadigar-ı İmam Stadionunda traktorçuların çempionluğu şənliyi keçirilib.

On minlərlə təbrizlinin iştirakı ilə çempionluğunu böyük coşqu ilə qeyd edən traktorsevərlər 15 dəqiqə dayanmadan alqışlarla adlarını Ginnesin Rekordlar Kitabına yazdırdılar.

On minlərlə "Traktor" azarkeşi tribunaları dolduraraq Azərbaycan türkcəsində himn oxuyub:

“Külək yatar, sel yatar, traktor bayrağı yatmaz”

Qızılgüllər solur, sümbüllər solmaz, çalışqan komandamız solmaz

Biz traktorsevərik, heç kim türklər qədər çalışqan olmaz...

Bayram mərasimlərində Ginnesin Rekordlar Kitabının İran nümayəndəsi də iştirak edib.

Nümayəndə İranın rəsmi xəbər agentliyi İRNA-ya deyib: "Azarkeşlər üçün dünya rekordu 12 dəqiqə ilə məhdudlaşırdı, lakin "Traktor" azarkeşləri 15 dəqiqəlik mahnı oxumaqla bu rekordu qırdılar. Bu tarixi nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşəcək".

Bayram şənlikləri zamanı pərəstişkarlar tribunaları dolduraraq 2024-cü il mayın 19-da keçmiş prezident İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında həlak olan Təbrizin keçmiş cümə namazı İmam Ayətullah Əli Haşimin xatirəsini yad ediblər.

Təbrizdə gecə yarısına qədər davam edən bayram şənlikləri azarkeşlər tərəfindən bayraq və pankartlarla bəzədilmiş küçələrdə rəngarəng səhnələr yaradıb.

Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yerləşən "Traktor" Futbol Klubu İranda türklərin dəstəklədiyi ən çox azarkeşə malik komanda kimi tanınır.

Təbrizlilər iki həftə əvvəl liqanın 28-ci həftəsində səfərdə "Şəms Azər"i 4:0 hesabı ilə məğlub edərək, liqanın başa çatmasına iki həftə qalmış tarixlərində ilk dəfə liqa çempionu elan ediblər. "Traktor" dünən liqanın 30-cu həftəsində "İstiqlal Huzistan"la səfərdə oynadıqdan sonra çempionluq kubokunu qazanıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 May 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri