Icma.az
close
up
RU
İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın analitik məqaləsində deyilir.

İran üzrə mütəxəssis Rey Takeyxin fikrincə, SEPAH-ın çevriliş etmə ehtimalı yüksəkdir:

“Xameneinin gücü əsasən SEPAH-ın sədaqətinə əsaslanır. Xamenei devrilərsə və ya aradan götürülərsə, böyük ehtimalla İnqilab Keşikçiləri Korpusu işə qarışacaq, yeni lider təyin edəcək və bununla da görünməmiş güc qazanacaq. Bu hadisədən sonra İranda qüvvələr nisbəti ordu və Keşikçilər Korpusunun xeyrinə dəyişəcək”.

Nəşr yazır ki, SEPAH 1979-cu ildə yarandığı gündən İran silahlı qüvvələrinin ən güclü qolu hesab edilir:

“Ölkənin milli ordusundan ayrı olan İnqilab Keşikçiləri daha güclü sayılır. Öz quru qoşunları, donanması, hərbi aviasiyası, kəşfiyyat və xüsusi təyinatlı qüvvələri olan İnqilab Keşikçiləri Korpusunun ümumilikdə 125 min personalı olduğu təxmin edilir.

Xüsusi ordu İranın iqtisadi sisteminə, siyasi işlərinə və ictimai quruluşuna dərindən kök salıb.


Parçalanmış ölkədə SEPAH zamanla ən güclü aktor kimi ortaya çıxıb. İnqilab Keşikçiləri Korpusu neft-qaz, tikinti və telekommunikasiya da daxil olmaqla, bütün əsas infrastruktur sektorlarında üstün mövqedədir. İstehlak mallarının ticarətinə nəzarət edən özəl hərbi təşkilatın kənd təsərrüfatından tutmuş turizmə qədər hər sahədə yüzlərlə törəmə müəssisəsi fəaliyyət göstərir”.

ABŞ analitiklərinin təhlillərinə görə, İsrailin son hücumları hakimiyyətin İranda elit hərbi qüvvələrin əlində cəmləşməsinə səbəb ola bilər.

İranlı ekspert Əli Əlfonenin sözlərinə görə, ölkədə milyonlarla insan SEPAH-ın təsiri altındadır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi məktəbinin müəllimi və SEPAH haqqında kitabın müəllifi Afşon Ostovar da İnqilab Keşikçilərinin çevriliş edəcəyi ehtimalını yüksək qiymətləndirir:

“Xameneinin aradan götürülməsi ortalığı alovlandıra bilər. Bu, liberal, dünyəvi və normal rejimdən çox, daha aqressiv, mürtəce bir rejim yarada biləcək hərbi çevriliş ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri