Icma.az
close
up
RU
İranda dollar bahalaşdı: Azərbaycan manatı ilə bağlı VACİB PROQNOZ KONKRET

İranda dollar bahalaşdı: Azərbaycan manatı ilə bağlı VACİB PROQNOZ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İranda son günlər dolların məzənnəsi kəskin yüksələrək rekord həddə çatıb. Məlumata görə, Tehran Birjasında 1 ABŞ dolları 101 550 tümənə mübadilə olunur. Bu artım qonşu ölkələrdə də maraq doğurur: görəsən, İran bazarındakı valyuta böhranı Azərbaycan manatına təzyiq yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İranla bağlı proseslər Azərbaycan valyutasına birbaşa təsir göstərmir:

“Azərbaycanda manat sərbəst bazar valyutası deyil, Mərkəzi Bank tərəfindən məhdud şəkildə idarə olunan sabit məzənnə rejimindədir. ABŞ dolları qarşısında rəsmi məzənnə 1.70 manatdır və uzun müddətdir dəyişməyib. Bu səbəbdən, qonşu ölkələrin valyuta şokları manatın məzənnəsinə təsir etmir”.

Ekspertin sözlərinə görə, rialın dəyərdən düşməsi daha çox İran daxilində iqtisadi və siyasi gərginliyi artırır:

“ABŞ sanksiyaları, neft gəlirlərinə çıxışın məhdudluğu, inflyasiya və siyasi qeyri-sabitlik rialın dəyərsizləşməsini sürətləndirir. Bu, lokal problemdir və əsasən İran vətəndaşlarının alıcılıq qabiliyyətini zəiflədir”.

Nəsirli əlavə edib ki, proses yalnız sərhəd ticarəti və turizm sahəsində müəyyən dəyişikliklərə səbəb ola bilər:

“İrandan Azərbaycana qeyri-rəsmi idxal ucuzlaşır, amma bu, daxili bazara ciddi təsir etmir. Eyni zamanda, iranlı turistlər Azərbaycanda daha baha alış-veriş edəcəklər. Bu, müəyyən qədər ölkə üçün əlavə gəlir deməkdir”.

Ekspert hesab edir ki, qısamüddətli dövrdə manat üçün risk yoxdur:

“Regionda valyuta təzyiqləri ictimai rəydə suallar yaratsa da, Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatı var. Manatın sabit qalması üçün əsas amil , neft gəlirləri və ehtiyatlardır. Yalnız neftin qiyməti kəskin ucuzlaşsa və dollar qlobal güclənsə, o halda manat təzyiq altında qala bilər. Amma bu, İrandakı məzənnə böhranı ilə bağlı deyil”.

Beləliklə, İranda dolların 101 550 tümənə yüksəlməsi Azərbaycanın manatına birbaşa təzyiq göstərmir. Sadəcə, sərhəd ticarəti və turizm sahəsində müəyyən dəyişikliklər mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri