Icma.az
close
up
RU
İranda dollar rekord həddə bahalaşdı: Manatın aqibəti necə olacaq? KONKRET

İranda dollar rekord həddə bahalaşdı: Manatın aqibəti necə olacaq? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İranda dolların kəskin bahalaşmasının Azərbaycan manatına təsirini təhlil etmək üçün ilk növbədə Bakı və Tehran arasında ticarət dövriyyəsinə, idxal-ixrac əməliyyatlarının həcminə nəzər salmaq lazımdır. 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycanla İran arasında ticarət dövsiyyəsi 583 milyon dollar olub. Bunun 570 milyon dolları Azərbaycana idxal, 13 milyonu isə İrana ixracdır.“

Bu fikirləri iqtisadçı Elman Sadıqov KONKRET.az-a açıqlamasında bildirib.

Elman Sadıqov

“Göründüyü kimi ixrac həcmimiz o qədərdə yüksək deyil. İranda dolların bahalaşması əslində bizim ixracımıza mənfi təsir göstərən amil kimi qiymətləndirilir. Amma 13 milyon dollarlıq ixracın hamısına təsir göstərsə belə, bu, Azərbaycanın ticarət balansı üçün elə bir əhəmiyyətli rəqəm deyil. İdxal məsələsinə gəlincə, İranda dolların kursunun bahalaşması ölkəmizə idxal olunan məhsulların daha ucuz olmasını şərtləndirir. Yəni İran öz ixracını artırır. Azərbaycana idxal təzyiqi formlaşır. Əgər dolların bahalaşması davam edərsə, növbəti mərhələlərdə daha çox kənd təsərrüfatı məhsullarının ucuzlaşması meyllərini görəcəyik. İlk baxışda dolların bahalaşmasının davam etməsi Azərbaycana daha ucuz kənd təsərrüfatı məhsullarının idaxlı kimi görünə bilər. Amma bu, Azərbaycanda kənd təsərrüfatı sahəsi üçün ciddi təhlükədir. Bu, yerli fermerlərə qarşı ciddi rəqabət deməkdir. Eyni zamanda İrandan idxal olunan tikinti materiallarının daha ucuz olması bizim yerli tikinti materiallarına ciddi problemlər yarada bilər”.

Biz bu halda nə etməliyik?

“İlk növbədə İrandan idxal olunan bütün məhsulları analiz etməliyik. Hansı məhsullar ki, ölkəmizdə istehsal olunur, ciddi rəqabət yaradır və idxal təzyiqi formalaşdırır, o zaman tədbirlər görmək olar. İranda dolların bahalaşması yerli istehsalımıza mənfi təsir göstərə, kənd təsərrufatı məhsullarımız üçün potensial təhlükə formalaşdıra bilər.“

Manatın kursuna gəlincə, biz ticarət dövriyyəmizin həcminə baxırıq:

“İranda dolların bahalaşması Azərbaycan manatına ciddi bir təsir göstərməyəcək. Çünki bu ölkə ilə ticarət dövriyyəsinin həcmi elə də böyük deyil. Bu rəqəm 5 faizin üzərində olsa idi, o zaman narahatlıq yaradardı. İranda dolların bahalaşmasının Azərbaycan manatına təsiri minimumdur.“

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri