İranda dörd terrorçu qrupun fəaliyyətinin qarşısı alınıb
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranda ABŞ və İsrailin kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən dörd mütəşəkkil terror qrupunun zərərsizləşdirildiyi bildirilir.
Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının İnformasiya (Kəşfiyyat) Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına görə, əməliyyatlar ölkənin cənub-şərqində yerləşən bir neçə şəhərdə keçirilib.
Reydlər zamanı terror qruplarının üzvü olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb, daha iki nəfər isə silahlı qarşıdurma zamanı öldürülüb.
Nazirliyin məlumatına əsasən, şübhəlilərdən pulemyotlar, avtomatlar, tapançalar, qumbaralar, rabitə vasitələri və çoxlu sayda döyüş sursatı götürülüb.
Bildirilib ki, saxlanılan şəxslər ölkə hüdudlarından kənarda hərbi və diversiya hazırlığı keçiblər və İranda terror aktları törətməyi planlaşdırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 04 İyul 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















