Icma.az
close
up
RU
İranda əhali arasında antiAzərbaycan əhvaliruhiyyəsi ciddi şəkildə qızışdırılır

İranda əhali arasında antiAzərbaycan əhvaliruhiyyəsi ciddi şəkildə qızışdırılır

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələr səsləndirib.
Bununla yanaşı, həm də son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhvali-ruhiyyəsi ciddi şəkildə qızışdırılır.
Newscenter.az -ın xəbərinə görə, bununla bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Ameli İranın dini rəhbəri Xamaneinin Ərdəbil üzrə nümayəndəsidir:
"Bu o deməkdir ki, İranın müstəqil Azərbaycana yönəlik, uzun illər ərzində formalaşmış siyasəti davam edir və heç bir dəyişiklik baş verməmişdir. İranın Livanda, İraqda, Suriyada, Yəməndə apardığı siyasətin iflasa uğramasına baxmayaraq, geri zəkalı molla rejimi əqidəsini dəyişmir. Cəmi bir il ərzində, həmin ölkələrdə yetişdirdiyi və maliyyələşdirdiyi proksi qüvvələri darmadağın edildi. İsrail tərəfindən hərbi obyektlərinin vurulmasına, yüksək rütbəli hərbçilərinin, nüvə silahı üzərində çalışan alimlərinin, dövlət adamlarının Tehranın mərkəzində qətlə yetirilməsinə, karikatura tipli, razılaşdırılmış cavabları İranın beynəlxalq nüfuzunu heçə endirdi. İranın qüdrəti, hərbi gücü barədə, Amelinin və onun kimi nağılbazların apardığı təbliğat sabun köpüyü kimi əridi. Miflər dağıldı. Hesab edirəm ki, İran-molla diplomatiyasını normal siyasətdən fərqləndirən əsas cəhət, reallıqla uzlaşmayan ideologiyanın kor-təbii əsirinə çevrilmələridir. Nəticə isə, göz qabağındadır. Geniş coğrafi imkanlara, təbii resurslara, gənc, enerjili insan kapitalına rəğmən, böyük bir dövlət dilənçi, beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdədir".
Deputat qeyd edib ki, İranın bu səviyyəyə çatmasında, Ameli kimi arxaik təfəkkürlü, din dəllallarının rolu böyükdür:
"Onun anti-Azərbaycan isterikasının kökündə, sivil, müasir dövlət quruculuğumuz, günü-gündən güclənməyimiz, inkişafımız durur. Ameliyə işıqlı, savadlı, müasir, dünyaya açıq, rəqabət qabiliyyətli gənclər yox, saatlarla məscidlərdə nağıllara qulaq asan, kütlə lazımdır. Həmin zat, Güney Azərbaycanda milli kimliyini dərk edən gəncliyi özü üçün, təmsil olunduğu rejim üçün ən böyük təhlükə olaraq görür. Mollaları qorxudan, məhz budur. Ona görə də, var gücü ilə milli şüurun oyanmasını əngəlləyən, dini təbliğatla məşğul olurlar.
Amelinin yuxusuna haram qatan digər səbəb isə, Güneyli soydaşlarımız arasında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzu, kütləvi mitinqlərdə, tədbirlərdə Azərbaycan ölkə başçısının portretlərini qaldırmalarıdır. Bu fakt, fars rejimini ciddi narahat edir. Bunun qarşısının alınması üçün Güneyli və Quzeyli soydaşlarımız arasında ədavət qızışdırılır.
Allah qəni-qəni Mirzə Fətəli Axundova, Mirzə Cəlilə, Sabirə, Zərdabiyə, Üzeyir bəyə rəhmət eləsin. Azərbaycan insanı yaxşı başa düşür ki, 21-ci əsrdə, heyvanların bioloji tullantılarından gümüş istehsal edən "molla İbrahimxəlil tipli kimyagərlərlə ", ölü dirildən "Şeyx nəsrullahlarla" yol getmək ölümə bərabərdir. Əsr, İnformasiya kommunikasiya texnologiyaları əsridir. Nağıllar işləmir".
Deputat vurğulayıb ki, son illər, xüsusilə 44 günlük müharibədən sonra mollaların maskası cırıldı:
"Xalq düşmənini, dostunu tanıdı. Hər kəs bilir ki, Sovetlər İttifaqı dağılandan sonra, İran dövlətinin Cənubi Qafqaz ölkələrinə yönəlik düşünülmüş, planlaşdırılmış xarici siyasəti olmuşdur. Azərbaycan gəncləri bu ölkənin dini məktəblərində təhsil almalı, nisbətən perspektivlər maddi maraq qarşısında xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmalı, məscidlərdə və mədrəsələrdə, əhali arasında təbliğat aparmalıdırlar. 30 ildən artıq bir müddətdə, ölkəmizdə bu siyasətə başçılıq edən şəxs, rəhbərin burdakı nümayəndəsi, SEPAH zabiti Ocaqnicat olmuşdur. Əfsuslar olsun ki, bu gün zərərli ideologiyanın təsiri altına düşən xeyli sayda insanımız var.
Azərbaycandan fərqli olaraq, Ermənistanla münasibətlər sosial, ticari, iqtisadi, siyasi, təhlükəsizlik maraqları üzərində qurulmuşdur. Ermənistan prezidentlərinin etiraf etdikləri kimi, "əgər İranın dəstəyi olmasaydı, Ermənistan da olmazdı".
İran bizimlə molla, narkotik ixrac etməklə, Ermənistanla iqtisadi layihələrin icrası ilə məşğul olmuşdur.
Biz demokratik cəmiyyətdə yaşayırıq. Hər bir insan istədiyi ölkəyə simpatiya və yaxud antipatiya hissləri bəsləyə bilər. Ancaq, hər birimiz, hər şeydən əvvəl dövlətimizin bütövlüyünə, sabitliyinə xələl gətirən amilləri dəf etməliyik. Heç bir ideologiya, siyasi-dini baxışlar,milli birliyimizi sarsıtmamalıdır. Ameli kimi avantüristlər həmişə olub, gələcəkdə də olacaq. Biz cavab verməyi bacarmalıyıq".(sonxeber.az)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri