İranda əhalinin 92 faizi narazıdır, İsrail və ABŞ isə Xamineyinin ölümünü gözləyir
Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranda fəaliyyət göstərən “Etemad24” saytı oktyabr ayından noyabrın 11-nə kimi bütün ölkə ərazisində sorğu keçirib.
Tribunainfo.az xəbər verir ki, sorğunun əsas məqsədi əhalinin bu ölkədəki rejimə olan münasibətini müəyyənləşdirmək olub.
Dünən açıqlanan nəticələrdən belə məlum olub ki, sorğuda iştirak edən respondentlərin 92 faizi faktiki rejimdən narazı olduğunu bəyan edib. Onlar bunu sosial, iqtisadi və siyasi problemlərlə əlaqələndiriblər. Sorğu iştirakçıları bildiriblər ki, bu vəziyyətin uzun müddət davam etməsi İranın dağılmasına səbəb ola bilər.
Bu əsnada, İsraildə yayınlanan “Jerusalem Post” qəzeti isə İsrail və ABŞ-ın İranda rejimi dəyişdirmək niyyətlərindən yazıb. Nəşrin qeydinə görə, hər iki ölkə İranın dini lideri Əli Xamineyinin ölümünü gözləyirlər. “Xamneyinin ölümündən sonra qeyri-sabitlik ABŞ və İsrail üçün rejimi dəyişməyə fürsət yaradacaq”.
Qəzet yazır ki, bu hadisədən sonra yeni varisin müəyyən edilməsi, rejimdaxili qruplar arasında münasibətlərin gərgin olması, İranda rejim dəyişikliyinin əsasını qoyan bilər.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 13 Noyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















