İranda erməni sürücüləri döyüb, bu hala saldılar VİDEO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İran-Ermənistan ticarət zonasında Mehri-Norduz keçid məntəqəsi yaxınlığında mal daşıyan erməni sürücülər vəhşicəsinə döyülüb.
Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Sürücülərdən biri Armen Mnatsakanyan erməni mediasına deyib ki, İran vətəndaşları onlara yaxınlaşaraq, dizel yanacağı almağı təklif edib və onu almasalar, yükün içinə narkotik atacaqları ilə hədələyiblər. Erməni sürücülər bundan imtina etdikdə onları döyüblər:
“Əvvəl dizel almadığım üçün məni döyməyə başladılar, sonra köməyə gələn dostumu da döydülər. Onu şlanqla vururdular. Üstəlik, yük maşını o qədər zədələnib ki, onu idarə etmək mümkün deyil. Deyirlər, maşınlarınıza narkotik atarıq, bizi söyürlər, təhqir edirlər”.
Digər döyülən sürücü Lernik Nazaryan deyib ki, bu, birinci hal deyil, iranlılar mütəmadi olaraq erməni sürücülərə hücum edir.
Sürücülər onu da qeyd ediblər ki, İran hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Baxış sayı:121
Bu xəbər 07 İyun 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















