İranda etirazlar pik həddə çatdı SEPAH avtomobili yandırıldı, silahlar ələ keçirildi
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən İranda etiraz aksiyalarının 11-ci günündə ölkənin bir sıra şəhərlərində vəziyyət daha da gərginləşib.
Bakupost.az xəbər verir ki, Nişabur, Məşhəd, Qəzvin, Torbət-e Cam, Kirmanşah və Kərəc şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrini küçələrdən sıxışdıraraq geri çəkilməyə məcbur etdiyi bildirilir.
Məlumatlara görə, Nişabur şəhəri qismən etirazçıların nəzarətinə keçib. Məşhəd şəhərində SEPAH-a məxsus avtobus etirazçılar tərəfindən yandırılıb. Rəşt şəhərində isə mülki geyimli SEPAH zabitinin tərksilah edildiyi bildirilir.
Kərəc və Tonekabon şəhərlərində təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahdan və gözyaşardıcı qazdan istifadə etdiyi haqda məlumatlar yayılıb.
Kaşan şəhərində etirazçılar Qasım Süleymaninin heykəlinə od vurdular. Fars əyalətinin Çenarşahixan şəhərində isə Süleymaninin heykəlini sökürlər.
İğtişaşlarda 3 polis zabiti öldürülüb. Tehranın Malard rayonunda polis polkovniki Şahin Dehqan etirazçılar tərəfindən bıçaqlanaraq, Lordegan şəhər polisinin zabitləri Hadi Azarsalim və Müslim Məhdəvi-Nəsəb isə güllələnərək öldürülüblər.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İranda etirazlar pik həddə çatdı: Küçələrdə atəş səsləri eşidilir VİDEO
06 Yanvar 2026 20:51
İranda dolların məzənnəsi rekord həddə çatdı
28 Dekabr 2025 17:44
İranda hava çirkliliyi kritik həddə çatdı Məktəblər bağlanıldı
09 Noyabr 2025 20:00
İranda gərginlik pik həddə: etirazçılar polisin maşınını ələ keçirdi VİDEO
31 Dekabr 2025 23:19
İranda daha bir SEPAH üzvü öldürüldü − Etirazlar davam edir
04 Yanvar 2026 12:14
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















