Icma.az
close
up
RU
İranda etirazlarda ölənlərin sayı 538 ə çatıb: SEPAH xalqı hədələyib

İranda etirazlarda ölənlərin sayı 538 ə çatıb: SEPAH xalqı hədələyib

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Təhlükəsizlik qüvvələrinin hərəkətləri getdikcə daha sərtləşir: bu etirazlar İrandakı əvvəlki mitinqlərdən çox fərqlidir”

İranda hökumət əleyhinə kütləvi etirazlarda ölənlərin sayı hazırda 538 nəfərdir. AYNA.AZ xəbər verir ki, bu rəqəmi ABŞ-da yerləşən HRANA insan haqları şəbəkəsi yayıb.

8 yanvardan bəri hakimiyyət orqanları tərəfindən tətbiq edilən internetin tamamilə bağlanması səbəbindən İslam Respublikasından informasiya axını ciddi şəkildə məhdudlaşdırılıb. Bu, artıq 70 saatdan çoxdur davam edir.

DW jurnalisti Nilufər Qulami bildirib ki, ölkədən informasiya yalnız “Starlink” peyk rabitəsi sayəsində almaq olur. O deyib ki, İran hakimiyyəti ilk dəfə olaraq dronlardan istifadə edib və bu da onlara hava müşahidəsi vasitəsilə etirazçıları müəyyən etməyə imkan verib.

Hakimiyyət orqanları tərəfindən etiraz qurbanlarının və ya həbs edilən insanların dəqiq sayını öyrənmək mümkün deyil.

Qulaminin sözlərinə görə, “təhlükəsizlik qüvvələrinin hərəkətləri getdikcə daha sərtləşir, çünki bu etirazlar İrandakı əvvəlki mitinqlərdən çox” fərqlidir: "Repressiyaların miqyasına, rəsmilərin təhdid dolu açıqlamalarına və dövlət mediasının tonuna görə vəziyyət tamamilə fərqlidir və bu, hakimiyyət üçün sürpriz olub".

DW jurnalistinin sözlərinə görə, hətta xəstəxanalar belə insanlar üçün təhlükəlidir.

Qulaminin sözlərinə görə, "təhlükəsizlik qüvvələri tərəfindən yaralıların qaçırılması riski yüksəkdir. Bir çox hallarda onlar ölənlərin cəsədlərini ailələrinə qaytarmaqdan imtina edirlər".

İran rəhbərliyinə qarşı gündəlik kütləvi etirazlar 28 dekabr 2025-ci ildən bəri davam edir. İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı sərt hərəkətlərinə və internet blokadasına baxmayaraq, etirazçıların izdihamı Tehranın və digər böyük şəhərlərin küçələrinə axışıb. Nümayişçilər İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyinin ünvanına "Xameneiyə ölüm" kimi şüarlar səsləndirirlər, sürücülər isə dəstək siqnallarını çalırlar.

10 yanvarda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) etirazları yatırmaqla hədələyib.

“İran ordusu üçün milli təhlükəsizliyin təmin edilməsi "qırmızı xətt"dir və buna görə də "ordu milli maraqları, ölkənin strateji infrastrukturunu və dövlət əmlakını qorumaq üçün güc tətbiq edəcək", - deyə SEPAH-ın açıqlamasında qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri