İranda gənc müğənniyə bu görüntülərinə görə şallaq cəzası verildi VİDEO
Icma.az, Bizim media saytına istinadən bildirir.
İranda müğənni Pərəstu Əhmədi və onun təşkil etdiyi “Karvansara” adlı virtual konsertin səkkiz iştirakçısı məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Qum əyalətinin Cinayət Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərə 74 şallaq zərbəsi, iki il ölkədən çıxış qadağası və iki il sənət fəaliyyəti ilə məşğul olmaq qadağası tətbiq olunub.
Məhkəmə onları “virtual məkanda əxlaqa zidd və qeyri-etik məzmun hazırlayıb yaymaqla ictimai iffəti zədələmək”də təqsirli bilib.
Qeyd edək ki, “Karvansara” adlı virtual konsertin videosu 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin YouTube kanalında yayımlanmış və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 İyun 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















