“İranda güc strukturlarında parçalanma əlaməti yoxdur...“ İsrail mediası
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"İrandakı hadisələri izləyirəm, çünki bu, Rusiyanın gələcəyi üçün çox ehtimal olunan ssenaridir."
Moderator.az xəbər verir ki, bunu israilin "9-cu kanal" nəşri üçün şərhində Boris (Akunin) Çxartişvili adlı müəllif yazır.
"Rusiyanın iki variantı qalıb: ya "Qərbi Çin" (Çin dominionuna çevrilmək), ya da "Şimali İran" (Pravoslav Cuçxe). Sonuncu variantla xaos illərlə, hətta onilliklərlə davam edə bilər (baxmayaraq ki, Rusiyada sonuncunun ehtimalı azdır), amma nəticədə çöküş qaçılmazdır. Yalnız qadağalarla yaşayan "aristokratik" ölkə tədricən çürüyür.
Mənim bir sualım var:
Zorakılığa əsaslanan bir rejimin güc və təhlükəsizlik qüvvələrində parçalanma olmadan kütləvi etirazlar səbəbindən çökməsi mümkündürmü? Belarusdakı kütləvi etirazlar zamanı olmadığı kimi, İranda da belə bir əlamət yoxdur. Təhlükəsizlik qüvvələri Lukaşenkonun arxasında möhkəm dayandı və o, salamat qaldı.
Məsələn, 1979-cu ildə İranda Şah rejimi yalnız qvardiya və hərbi hava qüvvələri bölmələri arasında döyüşlər başlayanda süqut etdi.
Yaxın dünya tarixində elə bir dövr olubmu ki, sadəcə silahsız insanlar tərəfindən diktatura devrilsin? Bu, mümkündürmü?..
1989-cu il Şərqi Avropa inqilabları fərqli, anti-müstəmləkəçi inqilablar idi. Maydan da... O zaman Ukraynada uzun müddətdir mövcud olan polis diktaturası yox idi..."- deyə müəllif vurğulayır.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Yanvar 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















