Icma.az
close
up
RU
İranda hakimiyyəti arxayın sala biləcək ürəkaçan hadisələr olmayacaq Politoloq

İranda hakimiyyəti arxayın sala biləcək ürəkaçan hadisələr olmayacaq Politoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"İran hakimiyyəti Suriya, HƏMAS və Hizbullah məğlubiyyətindən sonra özünə gəlməyə çalışır".


Bu sözləri "Sherg.az"a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan söyləyib. 


O deyib ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei çıxışlarında müqavimət hərəkatının davam etdiyini bildirib:


"Xamenei deyib ki, məhv olacaq yeganə dövlət İsraildir. Bu o deməkdir ki, Tehran rejimi İsrail və ABŞ-yə qarşı mübarizədən hələ imtina etməyib. Eləcə də İranın İnqilab Keşişləri Qvardiyasının komandanı Salami İsrailə zərbə vuracaqları ilə bağlı açıqlama verdi. Bu isə onu deməyə əsas verir ki, İran ənənəvi korpusunu davam etdirir. Tehran hakimiyyəti bununla da göstərmək istəyir ki, nə HƏMAS, nə Hizbullah, nə də Bəşər Əsəd onların proksi qüvvələri olub. Həmçinin onların vasitəsi ilə regionda vəziyyət gərginləşdirilmir. Guya İran hakimiyyəti İsrailə qarşı təkbaşına da mübarizə aparmaq qüvvətindədir. İranda bundan sonrakı vəziyyət daha çox sosial tələblərin, iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlı olacaq. Çünki ölkədə milli valyuta qiymətdən düşür, sosial tələblər, inflyasiya günü-gündən artır. Hətta təqaüdlər, əməkhaqları ödənilmir və işsizlik çoxalır. Buna görə də İran hakimiyyətinin sonrakı vəziyyəti ağır ola bilər. Məsələn, bu yaxınlarda qəbul olunmuş "Hicab və İffət" qanununa yenidən baxılması məsləhət görülür. Tehran hakimiyyəti ictimaiyyətin etirazlarından ehtiyatlanaraq bu qanunda müəyyən islahatlar apara bilər".


Politoloqun fikrincə, İranda hakimiyyəti arxayın sala biləcək ürəkaçan hadisələr olmayacaq:

"ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp hakimiyyətdə olduğu dönəmdə də İrana qarşı sərt mövqeyi ilə seçilib. Yanvarın 20-dən sonra da Tramp ABŞ-nin xarici siyasətində İranla bağlı bu mövqeyini davam etdirəcək. Hələ ki İranda hakimiyyət dəyişikliyi ilə bağlı bir işarə yoxdur. Sadəcə olaraq, tərəflərin ehtimal etdiyi əsas məsələ Xameneinin yaşlı olmasıdır. Onlar hesab edirlər ki, buna görə fövqəladə halda vəziyyət dəyişə bilər. Ümumiyyətlə İranda hakimiyyət dəyişikliyi və islahat prosesinin aparılması ilə bağlı hər hansı addım atılmır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri