Icma.az
close
up
RU
İranda həbsdə olmuş azərbaycanlı tələbənin anası: “SEPAH zabiti Fəridə deyib ki....”

İranda həbsdə olmuş azərbaycanlı tələbənin anası: “SEPAH zabiti Fəridə deyib ki....”

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dilarə Əsgərova: “Bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər”

“Oğlum Fəridin azad olunmasında dövlət başçının çox böyük rolu olub. Buna görə cənab prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”. AYNA xəbər verir ki, bu sözləri İranda həbsdə olmuş tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova sosial media hesabındakı paylaşımında qeyd edib.

“Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub. Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm! Xüsusi ilə bu məsələni daim diqqətdə saxlayan mediyaya təşəkkür edirəm!”, - deyə Əsgərova vurğulayıb.

Ana oğlunun qaytırlması ilə bağlı bəzi məqamları açıqlayıb: “Yanvarın 18-də, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi. Mən istəyərdim daha tez olsun. Amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona deyib ki, “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir.  Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm”.

“Fəridin başına gələnlər haqqında bütövlükdə danişsam düşünürəm ki, bir statusa siğmaz. Ona heç bir aiddiyatı olmayan mövzularla bağlı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair. İnsana ən çox təsir edəndə, bu vəhşilər uşağa əziyyət ediblər ki sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən. Halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi”.

SEPAH-ın istintagı gedərkən ilk 51 gün (ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə) kiçik bir otagda tək-tənha edam təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yagdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir. Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik. Ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək”.

“Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm: İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi”, - ana əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Yanvar 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri