Icma.az
close
up
RU
İranda hicab qanununun ləğvi: Yeni demokratik mərhələnin başlanğıcı

İranda hicab qanununun ləğvi: Yeni demokratik mərhələnin başlanğıcı

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"1979-cu ilin fevralında İranda baş vermiş İslam İnqilabı ilə Şah rejiminə son qoyuldu və ölkədə İmam Ruhullah Xomeyninin rəhbərliyi altında İran İslam Respublikası elan edildi. Yeni siyasi sistem “vilayəti-fəqih”, yəni ali dini rəhbərin hökmranlığı prinsipi üzərində quruldu. Bu modeldə dövlətin ideoloji və hüquqi təməli din, xüsusilə də şiə məzhəbinin qaydaları ilə müəyyən edildi".

Bu fikirləri Redaktor.az-a İranda məcburi hicab taxmaq qadağasının ləğv edilməsindən bəhs edən politoloq Qəvami Sadıqbəyli bildirdi.

O qeyd etdi ki, inqilabın ilk illərində azadlıq, sosial ədalət və milli müstəqillik şüarları ön planda olsa da, qısa müddət sonra ölkədə siyasi monolitlik, fikir plüralizminin məhdudlaşdırılması, qadınların ictimai azadlıqlarına müdaxilə və dini qaydaların zorakı tətbiqi ilə totalitar sistem formalaşdı:

"İran İslam Respublikasının dörd onillik tarixi ərzində qəbul edilən bir sıra qərarlar beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edib. 1983-cü ildə qəbul edilən məcburi hicab qanunu qadınların geyim azadlığını məhdudlaşdırdı və onları dövlət nəzarətinə tabe etdi, ifadə və toplaşma azadlığı məhdudlaşdırıldı, jurnalistlər, yazıçılar, tələbələr və fəallar müxtəlif bəhanələrlə təqiblərə məruz qaldılar, milli azlıqların hüquqları pozuldu, xüsusilə İran azərbaycanlıları, kürdlər və bəluclar öz ana dillərində təhsil almaq və idarəetmədə təmsil olunmaq imkanından məhrum edildilər. Bu siyasət uzun illər ərzində İran cəmiyyətində narazılıq, gizli müqavimət və sosial parçalanma yaradıb.

XXI əsrin qlobal reallıqlarında xalqların azadlıq anlayışı təkcə siyasi müstəqilliklə məhdudlaşmır, o, insan ləyaqətinin, fərdi seçim azadlığının və mədəni müxtəlifliyin qorunması ilə də bağlıdır. Sosial şəbəkələrin təsiri ilə dünya gəncliyi artıq avtoritar düşüncəni qəbul etmir, azad düşüncə və bərabərlik idealını müdafiə edir. İranda qadınların illərdir “Qadın, Həyat, Azadlıq” şüarı altında apardığı mübarizə də bu qlobal azadlıq dalğasının bir hissəsidir. Bu proses göstərir ki, İran xalqı artıq dini məcburiyyətlərdən çox, vicdan azadlığını və müasir həyat tərzini seçir".

Politoloqun sözlərinə görə, İranın türk əsilli yeni prezidenti Məsud Pezeşkian uzun illərdir cəmiyyətin demokratikləşməsi və insan haqlarının qorunması istiqamətində çıxış edən şəxs kimi tanınır.

"Həkim, alim və siyasətçi olaraq o, həm İslam İnqilabının dəyərlərinə, həm də müasir dünyanın çağırışlarına açıq baxışı ilə seçilir. Onun prezident seçilməsindən sonra hicab qanununun ləğvi barədə Məsləhət Şurasında başlanan müzakirələr İran tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Pezeşkianın “inanc zorla deyil, seçimlə olmalıdır” fikri, əslində, iranlı azərbaycanlıların əsrlər boyu daşıdığı tolerantlıq və azad düşüncə fəlsəfəsinin təzahürüdür. Bu qərar yalnız bir qanunun ləğvi deyil, həm də dini məcburiyyət üzərində qurulan dövlət ideologiyasının yumşaldılması deməkdir. İran azərbaycanlıları bu gün keçmişin səhvlərindən nəticə çıxararaq sülh, ədalət və milli kimliyin qorunması uğrunda yeni bir mərhələyə qədəm qoyurlar.

Onların əsas məqsədi İranın demokratik, çoxmillətli və mədəni cəhətdən açıq bir dövlətə çevrilməsidir. Bu dəyişiklik təkcə İran daxilində deyil, həm də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər. Azərbaycan mənşəli ziyalıların, alimlərin və siyasətçilərin bu prosesdə sivil və intellektual liderlik rolu regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. İranda hicab qanununun ləğvi sadəcə hüquqi qərar deyil, düşüncə azadlığının, cəmiyyətin yenilənməsinin və insan haqlarının qələbəsinin başlanğıcıdır. Bu, həm İran İslam Respublikasının ideoloji çevrəsini dəyişir, həm də qadın azadlığı və milli oyanış baxımından tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan əsilli Məsud Pezeşkianın bu prosesdəki rolu isə təkcə İran üçün deyil, bütövlükdə region xalqları üçün yeni ümid rəmzidir", - deyə Qəvami Sadıqbəyli vurğuladı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri