İranda hicab taxmaq istəməyən qadınlar müalicə olunacaq
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
İran hakimiyyəti ölkədə hicab taxmaq istəməyən qadınların müalicəsi üçün klinikalar açacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Tehran qərargahının qadın və ailə İşləri Departamentinin rəhbəri Mehri talebi Darestani bildirib.
Onun sözlərinə görə, bu qurumlar “hicabın çıxarılması problemini” və onun psixoloji fonunu araşdıracaqlar.
Darestani qeyd edib ki, bu cür mərkəzləri ziyarət etmək iranlılar üçün məcburi olmayacaq.
Hüquq müdafiəçiləri isə başlarını örtməyən qadınlar üçün klinikaların yaranmasından narahatdırlar.
Onlar hakimiyyətin hicab taxmaq istəməməsini guya müalicə edilməli olan “patologiyaya” çevirəcəyindən qorxurlar.
Qeyd edək ki, bundan əvvəl hicabdan imtina edənlər artıq psixiatrik müalicəyə göndərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















