İranda humanitar missiya ilə ölkəyə daxil olan Türkiyə vətəndaşı itkin düşüb
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda Türkiyə vətəndaşı itkin düşüb.
“Report” “Azad Iran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə itkin düşən Serkan Erenin təsis etdiyi Ştutqartda yerləşən “Stelp” xeyriyyə təşkilatı məlumat yayıb.
Məlumata görə, o, 2025-ci il iyunun 23-də İrana humanitar səfərdən sonra itkin düşüb və qurum hələ də onunla əlaqə saxlaya bilmir. Qeyd olunur ki, S.Erenin Almaniyadan İrana maliyyə yardımı çatdırmaq üçün humanitar missiya ilə getdiyi, iyunun 28-də ölkəni tərk etməli olduğu, lakin o, bunu etmədiyi və o vaxtdan onunla əlaqə kəsildiyi vurğulanır.
Təşkilat axtarışda Türkiyə rəsmilərinin iştirak etdiyini açıqlayıb.
Serkan Eren İrana səfərindən əvvəl Almaniyanın SWR xəbər agentliyinə verdiyi müsahibədə casusluq və ya təxribat ittihamlarından qaçmaq üçün özü ilə peyk telefonu, zirehli jilet və ya dəbilqə kimi təhlükəsizlik və ya rabitə avadanlığı götürməyəcəyini bildirib.
Baxış sayı:84
Bu xəbər 12 İyul 2025 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















