Icma.az
close
up
RU
İranda iğtişaşlar və Rusiya Ukrayna müharibəsi AZƏRBAYCANIN STRATEJİ PLANI NƏDİR?

İranda iğtişaşlar və Rusiya Ukrayna müharibəsi AZƏRBAYCANIN STRATEJİ PLANI NƏDİR?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şübhəli şəxslər, agentlər, təxribatçılar və terrorçular sərhədi keçməyə cəhd edə bilərlər...”

İranda baş verən iğtişaşlar və Rusiya-Ukrayna müharibəsi regionda hansı geosiyasi dəyişikliklərə yol aça bilər? Bu proseslərin Azərbaycanın təhlükəsizliyinə, sərhəd sabitliyinə və regional münasibətlərinə təsiri necə ola bilər? Mövcud vəziyyət fonunda Azərbaycan bu çağırışlara qarşı hansı strateji addımları ata bilər?

Mövzu ilə bağlı “AzPolitika”-ya açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Azərbaycan dövlətinin bu prosesləri izləmək və qiymətləndirmək baxımından ciddi və diqqətli müşahidə qabiliyyəti var. Biz bütün bu hadisələri yaxından izləyirik. İrana gəldikdə isə o, bizim qonşumuzdur və bizə əsas olan onun daxilində sabitliyin qorunmasıdır:

“Ukrayna-Rusiya münasibətlərinə gəldikdə isə, Azərbaycan hər iki dövlətlə etibarlı və hətta müttəfiq münasibətlərə malikdir. Bizim üçün vacib olan budur ki, bu müharibə tezliklə bitsin. Əslində, ilk gündən Azərbaycan dövlətinin mövqeyi belə olub: əgər narazılıq və ziddiyyətlər varsa, onların həlli dinc yolla təmin olunmalıdır. Lakin Rusiyanın başladığı xüsusi hərbi əməliyyat hələ də davam edir və bu, tammiqyaslı müharibə xarakteri daşıyır. Bu həm də göstərir ki, hərbi kampaniyanın tezliklə başa çatacağına ümid azdır. Mənim proqnozum budur ki, müharibə hələ yarım il davam edə bilər”.

Politoloq hesab edir ki, Azərbaycan üçün bu proseslərin təsirləri ciddi ola bilər:

“Avrasiya məkanında tarixi təcrübə göstərir ki, qanlı münaqişələr nəticəsində sərhədlər dəyişir, toqquşmalar olur, yeni dövlətlər yaranır. Bu hallar indi də baş verə bilər. Buna görə Azərbaycan özünü qorumaq üçün strateji addımlar atmalıdır. İlk növbədə, Prezident İlham Əliyevin quru sərhədləri bağlamaq qərarı çox vacib və strateji bir yanaşmanı əks etdirir. Hazırda sərhədlər boyunca risklər mövcuddur – şübhəli şəxslər, xüsusi təyinatlı agentlər, casuslar, təxribatçılar və terrorçular saxta sənədlərlə sərhədi keçməyə cəhd edə bilərlər. Lakin xüsusi xidmət orqanlarımız, sərhəd qoşunlarımız və digər mühafizə sistemləri bütün prosesləri ciddi şəkildə izləyir və qarşılayır. Bu, Azərbaycana potensial risklərdən qorunmaq imkanı verir”.

T.Abbasov qeyd etdi ki, qeyri-sabitlik və müharibələr bölgəyə yalnız zərər gətirir: iştirak edən ölkələrin itkiləri olur, infrastrukturlar dağılır, mövcud tranzit və dəhlizlər işləməz vəziyyətə düşür, hərəkətlilik və ticarət çətinləşir: “Buna görə də ölkə daxilində və ətrafımızdakı sabitliyi qorumaq əsas prioritetdir. Ermənistanla münasibətlərimiz əvvəlki illərlə müqayisədə vəziyyət nisbətən stabildir. Hazırda Nikol Paşinyan hökuməti ümumi vəziyyətə məsuliyyət daşıyır. Azərbaycan dövlətinin qüdrəti və resurs bazası yalnız milli sərhədləri qorumağa deyil, həm də bölgədə təhlükəsizliyin təminatına yönəlib. Bütün bunlarla yanaşı, Azərbaycan digər dövlətlərlə münasibətlərini inkişaf etdirir, səhvlərə yol vermədən mövqeyini qoruyur. Ermənistan istisna olmaqla, tranzit və enerji resurslarını qonşulara təmin edərək bölgədə imtiyazlı vəziyyət yaradır. Biz əlimizdən gələni edirik ki, ölkəmizdə, bölgəmizdə və Avrasiyanın həssas bölgələrində sabitlik və sülh tezliklə təmin olunsun”.

Oğuz Ayvaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri