İranda iki ayrı maşında 22 min güllə daşıyan 3 nəfər ələ keçirilib
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İranın Lorestan əyalətində 22 min güllə daşıyan 3 nəfərin saxlanıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Luristan Polis İdarəsinin komandiri Yəhya Elahi məsələ ilə bağlı açıqlama verib.
Elahi qeyd edib ki, daxil olan məlumat əsasında yol yoxlaması zamanı iki avtomobil aşkarlanıb. O, nəqliyyat vasitələrinin sürücülərinin polisi gördükləri zaman qaçmağa çalışdıqlarını, asayiş keşikçilərinin atəş açaraq nəqliyyat vasitələrini saxladığını və 3 nəfəri ələ keçirdiklərini bildirib.
Müsadirə edilən sursatların ölkədə daxili iğtişaşlar törətmək üçün istifadə edilib-edilməyəcəyi barədə məlumat verilməyib.
İran və İsrail arasında 12 gün davam edən hücumlar və cavab tədbirləri zamanı İran daxilində ölkənin müəyyən hissələrinə hücum etmək üçün müxtəlif texniki xüsusiyyətlərə malik pilotsuz uçuş aparatlarından istifadə edilib.
Əməliyyatlar zamanı mindən çox pilotsuz uçuş aparatı ələ keçirilib, onlarla insan saxlanılıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















