Icma.az
close
up
RU
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir ŞƏRH

İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"SEPAH və teokratik quruluş hakimiyyətdən getməyənə qədər İran təhlükəsi bütün region üçün əsas təhdid olaraq qalacaq"

ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonla danışıqlardan yayınmaqda ittiham edərək, Tehranın qarşısında yalnız iki seçimin qaldığını bildirib: razılaşma və ya tam təslim olmaq. Tramp bu barədə Truth Social platformasında paylaşım edib.

ABŞ Prezidenti iddia edib ki, İran rəhbərliyi görüş keçirmək istəsə də, eyni zamanda ictimaiyyət qarşısında ABŞ ilə heç bir danışıq aparmadığını bəyan edir və yalnız Omanla təmasda olduğunu bildirir.

Tramp paylaşımında İran rəsmilərini ziddiyyətli mövqe tutmaqda ittiham edib.

O, həmçinin Hörmüz boğazına toxunaraq bildirib ki, bu su yoluna ABŞ Hərbi Dəniz Qüvvələri nəzarət edir və Vaşinqtonun razılığı olmadan İrana heç nəyin keçməsinə imkan verilməyəcəyini iddia edib.

ABŞ Prezidenti əlavə edib ki, İranın qarşısında "razılaşma" və ya "tam təslim olma" seçimi var. Onun sözlərinə görə, Vaşinqton İranın uzun illərdir davam edən nüvə proqramı ilə bağlı problemi həll etməyə çalışır.

Tramp paylaşımını "İran heç vaxt nüvə silahına malik olmayacaq" ifadəsi ilə yekunlaşdırıb.

İran-ABŞ münasibətlərini şərh edən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a açıqlamasında müharibənin ilk gününün İran üçün ciddi siyasi dönüş nöqtəsi olduğunu deyib. O, xatırladıb ki, İranın ali dini lideri Əli Xamenei başda olmaqla 50-dən çox yüksək vəzifəli şəxsin öldürülməsindən sonra ölkədə real hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib:

"Bu gün İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir. ABŞ da İranla danışıqlarda kiminlə dialoqun qurulmasında qeyri-müəyyənlik olduğunu bildirib.

ABŞ–İran danışıqlarının tez-tez pozulması, əldə olunan razılaşmaların icra edilməməsi və hərbi eskalasiyanın davam etməsinin əsas səbəbi də İranın rəsmi nümayəndələrinin razılaşmalarının SEPAH tərəfindən qəbul edilməməsidir. İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə imzaladığı memorandumun dəstəkləndiyini bəyan etsə də, İran parlamentinin 64 millət vəkili memoranduma qarşı birgə bəyanat yayıb.

Reallıq ondan ibarətdir ki, İran müharibənin dayanmasında deyil, regional miqyas almasına çalışır. Körfəz ölkələrinin müharibəyə qoşulması, İran–Ukrayna gərginliyi ilə Xəzəryanı dövlətlərin münaqişə tərəflərinə çevrilməsi də İran üçün arzuolunan ssenaridir. Hətta Cənubi Qafqazda Zəngəzur dəhlizinin (TRIPP) dayandırılması üçün yeni konflikt də Tehranın planlarına daxildir. Tehran müharibənin genişlənməsini İranı son qələbəyə aparan fürsət hesab edir".

V. Dadaşov qeyd edib ki, İran Hörmüz boğazını bağlamaq istəyi ilə dünya iqtisadiyyatına təsir göstərərək qələbəyə bərabər razılaşma qazanacağı qənaətindədir:

"Ancaq ABŞ İranı dəniz blokadasına almaqla İranda daxili sabitliyə təsir edən ciddi iqtisadi çətinlik yaradıb. Hörmüzdə azad gəmiçiliyə mane olan İranın addımları ona qarşı beynəlxalq hərbi koalisiyanın yaranmasını sürətləndirir. Təsadüfi deyil ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərif də Hörmüz boğazı üzərindən blokadanın İranı beynəlxalq hərbi koalisiya ilə üz-üzə qoyacağını bəyan edib.

Artıq qənaət budur ki, SEPAH və teokratik quruluş hakimiyyətdən getməyənə qədər İran təhlükəsi bütün region üçün əsas təhdid olaraq qalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri