İranda insanları oğurlayan SEPAH zabiti öldürüldü
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Saravan bölgəsində SEPAH kəşfiyyatının ən mühüm əməliyyatçılarından biri Oranq Sorizahi öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Şahidlərin dediyinə görə, bir qrup silahlı şəxs Sorizahinin maşınına yaxınlaşaraq onu güllələyiblər.
Oranq Sorizahi həm ölkə daxilində, həm də xaricdə missiyalar yerinə yetirən, müxalifət üzvlərini öldürən və Ceyş əl-Ədl yaraqlılarını ovlayan SEPAH-ın cəza qruplarına rəhbərlik edirdi.
Sorizahi 2014-cü ildən öz qrupuna rəhbərlik edib və 2022-ci ilin payızında baş verən etirazlar zamanı etirazlarda fəal iştirak edən şəxslərin müəyyən edilərək saxlanmasında mühüm rol oynayıb.
Bundan əlavə, onun dəstəsi insanları qohumlarından pul tələb edərək girov götürüb.
Qeyd edək ki, Sorizahi bundan əvvəl də pusquya düşsə də, onu öldürmək cəhdi uğursuz alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















