İranda internet məhdudiyyətlərinə görə narazılıq artır Hökumətdən AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran hökumətinin sözçüsü Fatimə Mühacərani çərşənbə axşamı bildirib ki, İran əhalisinin internetin məhdudlaşdırılmasına qarşı narazılığı “tamamilə haqlıdır”.
Redaktor.az xəbər verir ki, sözçü ölkədə 70 gündən artıqdır davam edən geniş internet məhdudiyyətlərini şərh edib və bunu “rəqəmsal işıqsızlıq” adlandırıb.
Onun sözlərinə görə, internetə çıxış xalqın əsas hüquqlarından biridir və hazırkı vəziyyət cəmiyyətdə ciddi narazılıq yaradıb.
Mühacərani qeyd edib ki, bu vəziyyətin səbəbi “təhlükəsizlik mühitini sarsıdan düşmən fəaliyyətidir”.
O həmçinin bildirib ki, “İnternet Pro” adlandırılan çoxpilləli internet sisteminin məqsədi əsasən müəssisələrə sabit və keyfiyyətli bağlantı təmin etməkdir.
Sözçü əlavə edib ki, təhlükəsizlik riski aradan qalxdıqdan sonra əhalinin internetə tam çıxışının bərpa olunacağı gözlənilir.
İran hökuməti son aylarda təhlükəsizlik və gərginlik səbəbilə internetə çıxışda müxtəlif məhdudiyyətlər tətbiq edib. Bu isə həm vətəndaşlar, həm də beynəlxalq müşahidəçilər tərəfindən tənqid olunur.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 12 May 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















