İranda İnternet Pro məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkianın ofisi ölkədə tətbiq olunan internet məhdudiyyətlərinin daimi olmadığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident Administrasiyasına istinadən "Fars" agentliyi məlumat yayıb. Bildirilib ki, "İnternet Pro" və ya "kasta interneti" kimi tanınan sistem xüsusi şərait və hərbi vəziyyətlə əlaqədar müvəqqəti tədbir kimi tətbiq edilib.
Rəsmi açıqlamada qeyd olunur ki, mövcud vəziyyət aradan qalxdıqdan sonra beynəlxalq internetə çıxış daha keyfiyyətli formada bərpa olunacaq. Vurğulanıb ki, layihə Milli Təhlükəsizlik Ali Şurasının qərarı əsasında həyata keçirilir və yalnız zəruri hallarda qlobal şəbəkəyə çıxışı təmin edən keçid mexanizmi rolunu oynayır.
Prezident Məsud Pezeşkianın internetə çıxışın məhdudlaşdırılmasının əleyhinə olduğu bildirilsə də, müharibə şəraitində bu sahədə müəyyən risklərin nəzərə alındığı qeyd edilib.
Məlumata görə, "İnternet Pro" əsasən biznes nümayəndələri, elmi dairələr və bəzi dövlət qurumları üçün nəzərdə tutulmuş ödənişli sistemdir. Bu model istifadəçilərin əsasən daxili resurslara çıxışını təmin edən qapalı şəbəkə prinsipi üzərində qurulub.
Qeyd edək ki, İranda internet məhdudiyyətləri 2025-ci ilin dekabrında baş verən kütləvi etirazlardan sonra tətbiq olunub və sonrakı aylarda davam edən gərginlik fonunda saxlanılıb. 2026-cı ilin fevralından etibarən bölgədə baş verən hərbi qarşıdurmalar da bu məhdudiyyətlərin aradan qaldırılmasını ləngidib.
Aprel ayında tərəflər arasında qısa müddətli atəşkəs razılaşması əldə olunsa da, İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Bu səbəbdən regionda gərginlik hələ də qalmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 Aprel 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















