İranda kənardan hücumların edildiyini bildirərək, sanki daxildə problem yoxmuş kimi ənənəvi düşmən obrazı formalaşdırılır
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu cür bəyanatlar ilk növbədə psixoloji və siyasi təzyiq aləti kimi qiymətləndirilməlidir: “Real klassik mənada “qlobal cihad ifadəsi”, ümumdünya səfərbərliyi anlamına gəlməkdən daha çox fikir yayındırmaq məqsədi daşıyır və İranın ali dini siyasi institutlarının təhlükəsizlik məsələsində qırmızı xətlərini bəyan edir”.
Mərahim Nəsib
Siyasi şərhçinin fikrincə, İran tərəfindən səsləndirilən bir sıra bəyanatlar etirazları yatırmaq üçün klassik "xarici düşmən" obrazı yaratmaq məqsədi daşıyır: “Bildiyimiz kimi İranda İslam İnqilabının son 47 ilində, bu günə qədər artıq hardasa 10-a yaxın genişmiqyaslı etirazlar olub və hazırkı dekabr ayının sonlarından başlayan və demək olar ki, hələ də davam edən etirazlar bəlkə də inqilabdan sonra etirazlardan biri kimi qiymətləndirilir. Hökumət etirazları yatırmaqda çətinlik çəkir və artıq yüzlərlə insan ölüb, öldürülüb, yaralanıb və saxlanılıb”.
“İrana qarşı ən böyük təzyiq Birləşmiş Ştatlar və İsrail tərəfindən gəlirdi. Xüsusən də Birləşmiş Ştatların prezidenti Donald Tramp “etirazçılara hücum olarsa, atəş açılarsa, İrana qarşı cavab atəşi veriləcəyini” bildirmişdi. Və bunun fonunda etirazlar davam edir”-deyə politoloq qeyd edib.
Mərahim Nəsib vurğulayıb ki, siyasi nəticələr baxımından belə bir çağırış onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər: “ABŞ və İsrail üçün bu tip açıqlamalar İranın ritorikasının sərtləşdiyini göstərir və bu əlavə sanksiyalar diplomatik təzyiqlər və beynəlxalq müstəvidə İranın daha da təcrid olunması riskini artırar. Eyni zamanda Qərb ölkələri bu tip ifadələri terrorizm çərçivəsində istifadə edərək İran əleyhinə koalisiyaları möhkəmləndirə bilər”.
“Məsələnin digər tərəfi odur ki, etirazları yatırmaq üçün daxili düşmən obrazını artıq formalaşdıraraq bir növ sanki hücumların kənardan - Qərbdən, ABŞ-dən, İsraildən - gəldiyini bildirərək, bununla da sanki daxildə problem yoxmuş kimi ənənəvi klassik düşmən obrazı formalaşdırılır. Bu İran tərəfinin açıqlamalarından da bildirilirdi. Sanki kənardan muzdlular gətirilmişdi, daxildə elə bir problem yox idi.
Bu gün isə biz yüzlərlə insanın ölümü, yaralanması, saxlanılması hallarına şahidlik edirik. İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Ştatlarla nüvə məsələsi üzrə danışıqlara getməyə hazır olduqlarını bildirdiyi fonda belə bir açıqlamanın verilməsi, İrana qarşı sanksiyaların və diplomatik gərginliyin artmasını sürətləndirə bilər”, - deyən Mərahim Nəsib hesab edir ki, “qlobal cihad” elanının praktik icrası olduqca məhduddur.
“İranın birbaşa klassik müharibə elanından daha çox asimmetrik təsir alətləri, regional müttəfiqlər, proksi qüvvələr, siyasi və informasiya təsiri üzərindən hərəkət edəcəyi ehtimalı daha yüksəkdir. Biz bunu ənənəvi olaraq, xüsusən də Yaxın Şərqdə, İranın timsalında görmüşük. Bu da Yaxın Şərqdə lokal toqquşmaların artması riskini yüksəldə bilər. Lakin qlobal miqyaslı bir müharibə ssenarisi hələlik görünmür.
Dünyada İranın dini cərəyan baxımından olsa da, o qədər təsir qüvvəsi yoxdur. Bu, İranın özünün əleyhinə işləyə bilər və daxili-xarici problemləri artıra bilər. Sanki İran bir növ qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarda bilər. Təbii ki, öz gözünü”…
Siyasi şərhçinin fikrincə, xarici düşmən obrazı yaratmaq yenidən İrana qarşı təzyiqləri artıra bilər. “Qlobal cihad” bəyanatına gəldikdə, Mərahim Nəsib hesab edir ki, bu bəyanat real hərbi çağırışdan və praktiki prosesdən daha çox strateji xəbərdarlıq, həmçinin siyasi mesaj xarakteri daşıyır: “Sanki Qərbi, Birləşmiş Ştatları, İsraili çəkindirmək anlamında İran tərəfi ali dini liderin təhlükəsizliyini rejimin varlığı ilə eyniləşdirdiyini göstərir və mümkün hücumların ağır regional nəticələrə səbəb ola biləcəyi mesajını verməyə çalışır.
Bununla belə, bu tip ritorika regionda gərginliyin azalmasının əksinə, yəni risklərin və yanlış hesablamaların artmasına xidmət edir. Bu da təbii ki, Qərbdən daha çox İranın yenidən problemlər məngənəsində əzilməsinə gətirib çıxara bilər”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















