Icma.az
close
up
RU
İranda məşhur ruhani İsrailə dəstək ittihamı ilə həbs olundu

İranda məşhur ruhani İsrailə dəstək ittihamı ilə həbs olundu

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İranda nüfuzlu ruhani Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yəzdi İsrailə dəstək ittihamı ilə həbs olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunub.

Bildirilib ki, İranda mövcud hakimiyyətin və onun rəhbərinin ünvanına vaxtaşırı kəskin tənqidlər səsləndirən Ayətullah Yəzdi barəsində ruhanilər üçün xüsusi məhkəmədə aparılan araşdırma ötən həftə başa çatıb.

O, çıxarılan hökmün icra olunmasından ötrü həbsxanaya çağırılıb. Məşhur mərceyi-təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı, vaiz kimi fəaliyyət göstərən Ayətullah Yəzdi bu barədə özü məlumat verib. O, aprelin 9-da şəxsi "Telegram" kanalında izləyicilərinə müraciət edib:

"Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm: bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib, işi hökmlərin icrasına yönəldəcəyik, onlar da sizinlə əlaqə saxlayacaqlar. Bu gün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik, sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm: İsraili dəstəkləmək ittihamı ilə dörd il, mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə bir il, Xomeyni və Xameneini təhqir etmək ittihamı ilə iki il həbs. Eyni zamanda, məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər".

Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib".

Ətraflı süjetdə:

İranda məşhur ruhani İsrailə dəstək ittihamı ilə həbs olundu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri