İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda “Canfədai İran” Xalq Qərargahı 1000 milli müqavimət batalyonunun təlimi və təşkilatlanmasına başlanacağını açıqlayıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, qərargahın yaydığı birinci bəyanata görə, bu qərar “Canfədai” kampaniyasına əhalinin geniş marağından və insanların ölkənin müdafiəsində silahlı qüvvələrlə birlikdə iştirak etmək istəyindən sonra qəbul edilib.
Məlumatda bildirilir ki, bu məqsədlə ölkənin silahlı qüvvələri ilə lazımi koordinasiya aparılıb və 1000 batalyonun təlimi və təşkilatlanması üçün hazırlıq işləri tamamlanıb.
İran mediasının yaydığı məlumata əsasən, könüllülərin hərbi və tibbi yardım üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Maraqlanan şəxslərin sentyabrın 15-dən etibarən xüsusi elektron sistem vasitəsilə qeydiyyatdan keçə biləcəyi və xalq batalyonları çərçivəsində təşkilatlanacağı bildirilib.
Qərargah həmçinin gələcəkdə ölkənin müdafiəsi ilə bağlı digər sahələr üzrə fəaliyyətlərin də elan ediləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Sentyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















