Icma.az
close
up
RU
İranda “MOSSAD casusu” edam edildi Ermənistan izi

İranda “MOSSAD casusu” edam edildi Ermənistan izi

Icma.az bildirir, Modern.az portalına istinadən.

İran hakimiyyəti ölkənin milli təhlükəsizliyinə qarşı casusluqda ittiham edilən Bəhman Çubiaslın edam olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, onu “MOSSAD”ın “başlıca agenti” adlandıran rəsmi qurumlar Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxladığını bildiriblər.

Məlumatlara görə, Bəhman telekommunikasiya sahəsində fəaliyyət göstərən və dövlətin gizli layihələrinə çıxış imkanına malik şirkətdə yüksək vəzifə tutub. Məhz bu peşəkar təcrübəsi İsrail kəşfiyyatının diqqətini cəlb edib. İddialara əsasən, Çubiasl ilk dəfə Fars körfəzi ölkələrindən birində keçirilən ixtisasartırma kursunda “MOSSAD” nümayəndələri ilə təmas qurub.

Məhkəmə sənədlərində yazılıb ki, ona xidməti noutbukla səfərlər tapşırılıb. İlk dayanacaq Ermənistan, sonra isə Hindistan olub. Bütün xərcləri “MOSSAD” agentləri qarşılayıb, ona maddi mükafatlar və yeni texniki kurslarda iştirak imkanları yaradılıb. Daha sonra İrlandiyada 45 günlük intensiv hazırlıqdan keçib.

Ümumilikdə, Çubiaslın 9 ölkədə - Ermənistan, BƏƏ, Hindistan, Tailand, Vyetnam, İrlandiya və Bolqarıstanda 63 dəfə “MOSSAD” nümayəndələri ilə görüşdüyü iddia olunur. Bu müddətdə ona casus avadanlıqları verilib və gizli tapşırıqlar ötürülüb.

İran məhkəməsi bildirir ki, əməliyyatların məqsədi dövlət məlumat mərkəzlərinə sızmaq və kritik sistemlərdən gizli məlumat toplamaq olub. Paralel olaraq, ölkənin strateji idxal marşrutlarını izləmək və İran şirkətlərinə İsraillə əlaqəli təchizatçılardan avadanlıq almağı tövsiyə etməklə sabotaj həyata keçirmək planlaşdırılıb.

Edam xəbəri BMT-nin və Avropa İttifaqının Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra açıqlanıb. İran hakimiyyəti son aylarda İsrailə işlədiyi iddia olunan yüzlərlə şəxsin saxlandığını bəyan edir. Lakin hüquq müdafiəçiləri bəzi hallarda bu ittihamların siyasi opponentlərə qarşı istifadə edildiyini vurğulayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri