İranda “Mossad“la əməkdaşlıqda təqsirləndirilən şəxs edam edilib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqədə təqsirləndirilən İslam Respublikasının vətəndaşını edam cəzasına məhkum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, barəsində ölüm hökmü icra olunan Erfan Kiani "Mossad"a casusluq etməklə yanaşı, cari ildə İranda baş tutan kütləvi etiraz aksiyalarında zorakılıq və vandalizm hərəkətləri törətməkdə təqsirli bilinib.
İran rəsmilərinin açıqlamalarına əsasən, Kiani İsfahan şəhərində qəsdən yanğınlar çıxarmaqda, dövlət və xüsusi mülkiyyətə ziyan vurmaqda, habelə vətəndaşlar arasında qorxu yaratmaqda iştirak edib. Bundan başqa, ona qarşı kəsici-deşici silahdan istifadə ittihamı da irəli sürülüb.
Vurğulanır ki, ölüm cəzası İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanıldıqdan sonra yerinə yetirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 25 Aprel 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















