İranda növbəti hicab aksiyası başlaya bilər
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Son iki gündür İranda hicab taxmayan qadınlara qarşı aqressiv hücumlar başlayıb.
Tribunainfo.az xəbər verir ki, polis tərəfindən həyata keçirilən bu reydlərə restoran, iaşə obyektləri və xidmət sektoru dda əlavə edidlib.
Belə ki, ötən gün İranın Dezful şəhərində hicabsız qadınlara xidmət etdiklərinə görə bir neçə restoran və kafe bağlanıb. Analoji hal digər şəhərlərdə də müşahidə olunub.
Sosial şəbəkələrin İran seqmentində gedən müzakirələrdən müşahidə olunur ki, insanlar bu addımlara qarşıdırlar. Hətta bəzi hallarda buna müqavimət göstərməyin vacib olduğunu qeyd edirlər.
Bəzi ekspertlər isə hadisələrin cığırından çıxacağını və etiraz aksiyalarına çevriləcəyini bildirirlər. Onlar əxlaq polisinin bu yanaşmasından dolayı təkcə qadınların deyil, eləcə də restoran və kafe sahiblərinin də prosesə qatılacağını vurğulayırlar.
Qeyd edək ki, bir qədər əvvəl İran prezidenti Məsud Pezeşkian hicab məsələsinə toxunaraq bildirmişdi ki, insanların geyiminə qarışmaq olmaz. O, bunun ciddi problem yaradacağını qeyd etmişdi. Görünən odur ki, İranda SEPAH və ona bağlı qüvvələrlə Pezeşkian arasında ciddi narazılıq var.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















