Icma.az
close
up
RU
İranda oğurluğa gedən şəxs bir gecədə ölkəsində qəhrəman elan edildi

İranda oğurluğa gedən şəxs bir gecədə ölkəsində qəhrəman elan edildi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda qarət etmək məqsədilə binaya girən oğru qəhrəman elan edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-adi hadisə Tehranda yaşanıb.

İran mətbuatının məlumatına görə, naməlum şəxs Tehranda boş binaya daxil olaraq qiymətli əşyalar oğurlamağı planlaşdırıb. Binada PUA qalıqları görən oğru təhlükəsizlik qüvvələrinə xəbər verib.

İranın dron texnologiyasındakı həsas mövqeyinə görə, sözügedən hadisə qısa zamanda bütün dünyada gündəm olub.

“Mən oğruyam. Binaya nəsə oğurlamaq üçün daxil oldum, amma içəridə dron hissələri tapdım. Bəli, cinayət törətmək istəyirdim, amma düşündüm ki, bu barədə məlumat verməliyəm",- deyə oğru söyləyib.

Bu təəccüblü ifşanın qısa zamanda sosial şəbəkələrdə yayılıb. İnsanlar oğrunu vətənpərvərlik şüuru ilə hərəkət etdiyinə görə “qəhrəman” adlandırıb.

İran rəsmiləri əşyaların mənşəyi və hansı məqsədlə gizlədildiyini araşdırır.

Qeyd edək ki, İran son illərdə inkişaf etdirdiyi dron sistemləri ilə, xüsusilə Yaxın Şərqdə qlobal təhlükəsizlik balansında əsas oyunçuya çevrilib. Ona görə də ölkədə hərbi texnologiyalarla bağlı hər hansı sızma və ya şübhəli inkişaflar böyük həssaslıqla izlənilir. 

Mütəxəssislərin fikrincə, aşkar edilən hissələrin yerli istehsal, yoxsa xaricdən alınması məsələsi yaxın günlərdə Tehranın təhlükəsizlik gündəmini məşğul edəcək.
Bu gözlənilməz hadisə İran ictimaiyyətində “sədaqət” və “kimlik” haqqında müzakirələrə səbəb olub. Kriminal keçmişi olan birinin milli təhlükəsizliyi hər şeydən üstün tutaraq dövlətə məlumat verməsi ictimai dəyərlər nümunəsi kimi göstərilib.

İrandakı sosial şəbəkə istifadəçiləri “O, günahkar ola bilər, amma xain deyil”, “Xəyanət etməyib, xəbərdarlıq etməyi seçib” kimi şərhlər yazıblar.

İran hakimiyyətinin apardıqları texniki analizlərdə hansı nəticələrə gələcəyi və bu “vicdanlı oğru”ya qarşı hansı addımı atacağı maraq doğurur.
O, qanunla cinayət məsuliyyətinə cəlb edilməli olsa da, artan ictimai dəstək oğrunun vəziyyətinin başqa cür qiymətləndirilməsinə səbəb ola bilər.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri